Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

«Uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan Yazıçılar Birliyinin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərimdə adımı çəkməyib. Niyə?...»

Yazıçılar Birliyindən şairin bu qərarını şərh etməyiblər.

59 yaşını yenicə qeyd edən şair Rüstəm Behrudi özünün Facebook səhifəsində belə yazıb. Şair laqeyd münasibətinə görə, Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən çıxdığını ifadə edib.

«Mən az qala 30 ilə yaxındır ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum. Bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umacağım olmadı. Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan Yazıçılar Birliyinin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərimdə adımı çəkməyib. Niyə? Görəsən şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət haradan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər?», deyə şair qeyd edib.

Buna da bax:​ Yazıçıların cəbhədə baş verənlərə münasibəti [sorğu]

Şair: «Yazıçılar Birliyinə üzv olmaq məsuliyyətindən özümü qurtarmış hesab eləyirəm».

R.Behrudi əlavə edib ki, «Yazıçılar Birliyinə üzv olmaq məsuliyyətindən özümü qurtarmış hesab eləyirəm».

Hələ ki, Azərbaycan Yazıçılar Birliyindən şairin bu qərarını şərh etməyiblər.

Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də doğulub. Yaradıcılığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir.

Buna da bax:​ Rüstəm Behrudi. Gənc yazarlara 10 məsləhət

Şair «Yaddaşlara yazın», «Şaman duası» kitablarının müəllifidir. «Şaman duası» kitabı Türkiyə, İran, Avstriya, Almaniya, Belçika və başqa ölkələrdə çap olunub.

Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG