Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

Səudiyyə viza rüsumunu artırdı - 2-ci dəfə həccə gələnlərə...


Məkkə, həcc ziyarətinə gələnlər
Məkkə, həcc ziyarətinə gələnlər

Səudiyyə Ərəbistanı ölkəyə dini ziyarət məqsədilə gələn şəxslər üçün viza rüsumlarını artırıb.

Vəliəhd şahzadə Muhammad Bin Naifin başçılıq etdiyi Nazirlər Şurası elan edib ki, ikinci dəfə Həcc ziyarətinə gələn şəxslərdən 2000 Səudiyyə riyalı (533 dollar) alınacaq.

Bu rüsum Umra adlı ziyarət növünü həyata keçirmək istəyənlərə də aiddir. Ancaq ilk Həcc ziyarəti üçün viza öncəki kimi pulsuzdur.

Buna da bax:​ Həcc ziyarəti başlanır. Qiymətlər

Adi səfər vizalarının qiyməti iki ay üçün 200 Səudiyyə riyalına (53 dollar), üç ay üçünsə 300 riyala (80 dollar) qaldırılıb. Bu rüsumlar oktyabrın əvvəlindən qüvvəyə minib.

İNSAN AXININI ÖNLƏMƏK

Səudiyyə Ərəbistanı hər il xüsusi Həcc vizaları alan müsəlmanların sayına kvota tətbiq edir. Bu, Məkkə və Mədinəyə eyni zamanda həddindən çox insanın gəlməsini önləməkdən ötrüdür.

Ötən ilki Həcc mövsümündə müqəddəs Mina dağı yaxınlığında yaranmış sıxlıqda 2400 nəfərin ölməsindən sonra Səudiyyə hökuməti ciddi tənqidlə üzləşmişdi.

Sentyabrın əvvəlində sünni Səudiyyə Ərəbistanının düşməni şiə İranı bu fəlakət zamanı həyatını itirmiş 400 iranlı zəvvarı qəsdən öldürməkdə ittiham edib.

Buna da bax: Siyavuş Novruzov: 'Həccə turist kimi gedən var'

İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei öz saytında yaydığı bəyanatda Səudiyyə liderlərini “qəlbsiz və qatil" adlandırmışdı.

Səudiyyə Ərəbistanında neft gəlirləri azaldıqca büdcədə yaranmış boşluqları doldurmaqdan ötrü belə tədbirlərə əl atılır.

İSLAHATLAR

Səudiyyənin üzv olduğu OPEK-in üzləşdiyi çətinliklərdən biri də İran neftinə qoyulmuş sanksiyaların aradan qaldırılması ilə bağlıdır.

Buna da bax:​ Viza rüsumu endirildi

2014-cü ilin ortalarında pik həddinə, 100 dollara çatan neft qiymətləri bu ilin fevralında hələlik minimuma – 26 dollara enib.

Hazırda krallıq özünün səxavətli rifah sistemində islahatlar aparır. Vəliəhd şahzadənin müavini Mohammed bin Salman iyunda "Bloomberg" agentliyinə demişdi ki, bu islahat proqramının məqsədi 2020-ci ilədək qeyri-neft gəlirləri olaraq əlavə 100 milyard dollar əldə etməkdir.

Əlavə gəlirlər ƏDV, əcnəbilərə vergilərdən, habelə şəkərli içkilərə qoyulmuş vergilərdən gələcək. Ancaq gəlir vergisi tutulmayacaq.

Buna da bax:

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG