Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

-

Azərbaycana birdəfəlik giriş vizalarından ötrü rüsum 20 dollara endirilib. Milli Məclis iyunun 14-də “Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik edib.

“Turan” agentliyi qeyd edir ki, indiyədək ölkəyə birdəfəlik giriş vizalarından ötrü 50 dollar rüsum nəzərdə tutulurdu.

Parlament “Dövlət rüsumu haqqında " qanunun turizm, təhsil, tranzit vizalarından ötrü 20, ikidəfəlik tranzit vizasından ötrü isə 40 dollar rüsum nəzərdə tutan müddəalarını ləğv edib.

Qanuna edilən yeni dəyişikliyə görə, bütün növ vizaların rəsmiləşdirilməsinə vahid rüsum - 20 dollar müəyyən edilib.

Ölkə parlamenti iyunun 14-də miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cərimələrin ödənilməsi mexanizminə də dəyişiklik edib. Dəyişikliyə əsasən, miqrasiya qaydalarının pozuntusuna yol verənlər cərimələri elə sərhəd-keçid məntəqələrində elektron qaydada ödəyə biləcəklər.

Müstəqil iqtisadçılar isə ölkəyə turist cəlb etməkdən ötrü bunu yetərli saymırlar. Onlar deyirlər ki, Gürcüstan bir çox ölkələrlə viza sistemini tamamilə ləğv edib. Üstəlik orada qiymətlər xeyli ucuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG