Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:39

Səudiyyəlilər ilsonu neftin 60 dollara çatacağını proqnozlaşdırır


Arxiv fotosu
Arxiv fotosu

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Khalid al-Falih bildirib ki, neftin bir barrelinin qiyməti ya oktyabr ayında, ya da ilin sonunda 60 dollara çata bilər. O, indi İstanbulda keçirilən Beynəlxalq Energetika Konqresindəki çıxışında belə deyib.

Nazir qeyd edib ki, bunu dəqiqliklə demək olmaz, çünki "qiymətləri müəyyənləşdirmək və formalaşdırmaq bizim işimiz deyil".

Buna da bax:​ Neftin qiyməti yenə yüksəlir

Azərbaycan və Braziliya da qatılacaq?

Khalid al-Falih neft hasilatının səviyyəsini azaltmaq üçün Səudiyyə Ərəbistanının digər neft istehsalçıları ilə əməkdaşlıq edəcəyini də söyləyib.

Al-Falih neft hasilatının sabitləşdirilməsinə dair müzakirələrə Azərbaycan və Braziliyanın da qatılacağını bildirib.

ICE Qitələrarası Birjasının məlumatına görə, hazırda “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barrelə 51,68 dollardır (Fyuçers (ing. futures) deyərkən, mal, yaxud səhmlərə öncədən razılaşdırılan, ancaq sonra ödənilən qiymətlər nəzərdə tutulur). Texas neftinin noyabr fyuçersləri isə bir barrelə 49,45 dollar ödənməsini nəzərdə tutur.

Şimal dənizində çıxarılan neft cümə günü (oktyabrın 7-də) - birjalar bağlanarkən olan qiymətlərlə müqayisədə 0,35 faiz ucuzlaşıb. Qərbi Texas nefti də 0,55 faiz dəyər itirib.

Buna da bax:​ Ekspert: OPEC razılaşması neftin qiymətini 2-3 dollar qaldıracaq

Razılığın biri var, digəri yox...

OPEC sentyabrın 28-də Əlcəzairdə keçirilmiş qeyri-rəsmi görüşdə günlük hasilatın 32,5-33 milyon barrel civarında saxlanması barədə razılığa gəlib. Ancaq hələ üzv dövlətlərin hər birinə aid konkret məhdudiyyətlərə dair razılıq yoxdur.

Noyabrın 30-da OPEC-in Vyanada keçiriləcək rəsmi görüşündə yekun qərar veriləcək. OPEC bazarın sabitləşdirilməsi tədbirlərinə qurumun üzvü olmayan neft istehsalçılarının, ilk növbədə, Rusiyanın da qoşulacağına ümid bəsləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG