Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:21

Azərbaycan dünyanın ən korrupsiyalaşmış 5-ci ölkəsidir


Hər il dünyada 2.6 trilyon dollar pul rüşvət kimi mənimsənilir
Hər il dünyada 2.6 trilyon dollar pul rüşvət kimi mənimsənilir
Dünyanın ən varlı adamlarının siyahısını hazırlayan ABŞ-ın məşhur «Forbes» jurnalı indi də korrupsiya üzrə ölkələrin siyahısını tutub. Jurnal martın 20-də korrupsiyanın səviyyəsinə görə, dünyanın ən öndə olan 10 ölkəsinin siyahısını yayıb. «Forbes»ə görə, Azərbaycan dünyanın ən korrupsiyalaşmış 10 ölkəsinin sırasında 5-cidir.

Jurnalın korrupsiyalaşmış ölkələr siyahısı belədir:

1. Çad
2. Qırğızıstan
3. Kamboca
4. Zimbave
5. Azərbaycan
6. Venesuela
7. Qambiya
8. Burundi
9. Ekvador
10. Kot – D`İvuar

Dünya Bankına istinad edən «Forbes» yazır ki, hər il dünyada 2.6 trilyon dollar pul rüşvət kimi mənimsənilir.

Korrupsiyanı iqtisadiyyatı və sosial vəziyyəti inkişafdan saxlayan ən böyük amil kimi qiymətləndirən jurnal yazır ki, korrupsiyalaşmış ölkələr bir qayda olaraq son dərəcə kasıb olurlar. Bu ölkələrdə rejimlər xarici yardımları da asanlıqla mənimsəyirlər. Nəticədə də korrupsiya, milyonlarla vətəndaşın həyatına təsir edən iqtisadi tənəzzülü genişləndirir.

Dünya ölkələrinin korrupsiyaya görə reytinqini hazırlayan «Transparency İnternational»ın siyahısında da Azərbaycanın adı korrupsiyalaşmış ölkələr cərgəsində göstərilir. Təşkilatın 2008-ci ilə dair hesabatında Azərbaycan korrupsiyanın səviyyəsinə görə 182 ölkə arasında 158-ci yerdə göstərilib. Yəni, «Transparency İnternational» da Azərbaycanı dünyanın korrupsiyalaşmış 24-cü ölkəsi kimi göstərirdi.

Təşkilatın Azərbaycan üzrə öfisinin hüquqşünası Yusif Ağayev korrupsiyanın səviyyəsinə görə ən çox hüquq-mühafizə orqanlarından şikayət aldıqlarını deyir:

«Hüquq-mühafizə, icra hakimiyyəti, xüsusilə məhkəmə orqanlarından daha çox korrupsiya şikayəti gəlir».

Yusif Ağayev korrupsiyanın səviyyəsinə görə, Azərbaycanda vəziyyətin il-ildən pisləşdiyini bildirir:

«2006-cı ildə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 137-ci yerdə, 2007-ci ildə 148-ci yerdə, 2008-ci ildə isə 158-ci yerdə olub. Özünüz fikirləşin, irəliləyirik, yoxsa, geriləyirik».

Hakimiyyət təmsilçiləri isə «Forbes»in yazdıqlarına şərh verməyə məcbur olmadıqlarını deyirlər. Hakim YAP-ın nümayəndəsi, millət vəkili Aydın Mirzəzadə medianın yazdığı hər məlumata şərh verməyə borclu olmadıqlarını bildirir:

«Vaxtaşırı Azərbaycanla bağlı ölkədə və kənarda olan media müxtəlif məlumatlar yayır. Azərbaycan ziyalıları onlara şərh verməyə məcbur deyillər. Yazıblar, qoy belə fikirləşsinlər. Biz nə onlara şərh vermək, nə təkzib etmək, nə də təsdiq etmək fikrində deyilik».

Son illər beynəlxalq təşkilatların demək olar hamısının hesabatlarında Azərbaycan insan haqlarının, soz azadlığının vəziyyətinə görə tənqid edilir. Yalnız Dünya Bankı «Bisness doing 2008» hesabatında Azərbaycanda işgüzar mühitdə irəliləyişlər olduğunu qeyd etmişdi. Rəsmilər bu hesabata dönə-dönə istinad etsələr də, hesabatı tam şəkildə təqdim etmirlər. Dünya Bankı həmin hesabatında onu da qeyd edirdi ki, Azərbaycan neft gəlirlərinin idarə edilməsi, qeyri-neft sahələrinin inkişafı kimi çətinliklərlə üz-üzədir. Hökumət maliyyə intizamını gücləndirməli, «Holland sindromu»na qarşı tədbirlər görməli, ictimai xərclərin bütün vətəndaşların marağına uyğunluğunu təmin etməlidir.

Dünya Bankı bildirirdi ki, Azərbaycan şəffaflığı təmin etməli, vətəndaşların və icmaların imkanlarını gücləndirməli, hökumətin cavabdehliyini artırmalı, məhkəmə sistemini gücləndirməli və bütün səviyyələrdə seçki sistemi inkişaf etdirməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG