Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:43

Şairə ağır cəza: "Vətəndaşlıqdan çıxıram"


Saday Şəkərli
Saday Şəkərli

►Saday Şəkərli "ədalətsizliyə etiraz olaraq Azərbaycan vətəndaşlığından imtina etdiyini" bildirdi

Şair Saday Şəkərli on il azadlıqdan məhrum edildi. Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarıldı. Hökmə əsasən, şair cəzanı ciddi rejimli müəssisədə çəkməlidir.

“QURAŞDIRILMIŞ NAĞIL”

Hökmdən əvvəl isə Saday Şəkərlinin vəkilləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov çıxış edib. Hər iki vəkil şairin heç bir cinayət törətmədiyini, onun həbsindən az əvvəl nəşr olunmuş "Qurd ürəyi" kitabına görə Vergilər Hazirliyinin rəhbərliyinin sifarişilə həbs olunduğunu bildirib. Müdafiəçilərin dediyinə görə, hökumətin ünvanına tənqidi fikirlərin yer aldığı kitabın üz qabığında Saday Şəkərlinin dəstəyə görə vergilər naziri Fazil Məmmədova təşəkkür etməsi onun həbsilə nəticələnib.

"Bu cinayət işində heç bir sübut yoxdur, ancaq fərziyələr, uydurmalar var. Bu cinayət işi quraşdırılmış nağıldır. Amma bu nağılı da düz-əməlli qura bilməyiblər. Bunları sübut hesab eləmək hüququ təhqir eləməkdir", – vəkil Fəxrəddin Mehdiyev bildirib.

Müdafiəçi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Saday Şəkərlinin azadlığa buraxılması üçün Baş prokurora ünvanladığı müraciəti də məhkəmənin nəzərinə çatdırıb.

“TORBA TİKİRSİZ, SAVADLI TİKİN”

"Hamıya məlumdur ki, Saday Şəkərli cinayət törətməyib. Bunu cinayət işini başlayan müstəntiqdən tutmuş, hamınız bilirsiz. "Azercell"dən məhkəmənin sorğusuna verilən cavab da göstərdi ki, Vergilər nazirinin müşaviri Asif Cahangirov özü zəng eləyib Saday Şəkərlini çağırıb. Yəni Saday Şəkərlidən ona zəng getməyib. Şairin həbsindən dərhal sonra evində axtarış aparılıb və "Qurd ürəyi" kitabının nüsxələri götürülüb, amma iş materiallarına əlavə olunmayıb. Bu da bir daha sübüt edir ki, şairi bu kitaba görə həbs eləyiblər", – bunu isə digər vəkil Bəhruz Bayramov deyib.

Hər iki vəkil çıxışının sonunda şairin barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra Saday Şəkərli məhkəmədə son sözünü deyib:

"Bu cinayət işi cəfəngiyyatdan başqa bir şey deyil. Bildiyimə görə, bu məsələ gedib Fuad Ələsgərova (Prezident Administrasiyasının şöbə müdiri– red.) çıxıb. İşi quraşdıranda da adam kimi quraşdırmırlar. Torba tikirsiz, heç olmasa, savadlı tikin də. Adamın abrı-həyası olar. Mən kimə hədə-qorxu gəlmişəm? 10 min sözünü harada işlətmişəm? Adamlar var ki, onlarda binamusluq, şərəfsizlik nəsildən nəslə keçir, bizdə də kişilik keçir. Ona görə də heç bir hökm məni qorxuda bilməz".

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

“BİLİNSİN Kİ…”

Şair özünəməxsus şəkildə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasını ədalətli hökm çıxarmağa çağırıb:

"Sivil ölkələrdə hakimdən ədalətli hökm çıxarmasını istəmək təhqir sayılır. Çünki hakimin işi elə ədalətli qərar verməkdir. Mən də sizləri Allaha və vicdanınıza buraxıram. Barəmdə bəraət hökmündən başqa istənilən qərar ölüm hökmü olacaq. İndiyədək bu işdə sifariş yerinə yetirənlərin hamısının adı prezidentin stolunun üstünə qoyulacaq. Siz ədalətsiz hökm çıxaracaqsınızsa, onu Azərbaycan Respublikasının yox, Prezident İlham Əliyevin adından çıxarın. Bilinsin ki, məni prezidentə görə həbs ediblər, tutduran da odur. Amma bildiyimə görə, onun bu məsələdən xəbəri yoxdur".

Saday Şəkərli onu da qeyd edib ki, "Qurd ürəyi" kitabı prezidentin əleyhinə deyil:

"Bunu əllərində bayraq ediblər, amma orada prezidentin əleyhinə heç nə yoxdur. Bu qədər məktubların prezidentə çatmaması onunla xalq arasında uçurum yaratmaq deyilmi?"

“BELƏ ÖLKƏDƏ YAŞAMAQ İSTƏMİRƏM”

Saday Şəkərli çıxışının sonunda haqsızlıqlara etiraz olaraq, Azərbaycan vətəndaşlığından imtina etdiyini bildirib: "Çünki mən bu ölkədə faktiki əsirəm. Belə ölkədə yaşamaq istəmirəm".

Ardınca məhkəmə müşavirəyə gedib və təxminən beş dəqiqədən sonra hökmü elan edib.

Vəkil Bəhruz Bayramov AzadlıqRadiosuna hökmün ədalətsiz və əsassız olduğunu, apellyasiya şikayəti verəcəklərini deyib.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Ona qarşı CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. Şair Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə təqsirləndirilir.

Saday Şəkərli ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Buna da bax: "Heydər Əliyevin heykəlindən AzTV-də üzr istə"

"Heydər Əliyevin heykəlindən AzTV-də üzr istə"
Gözlə

No media source currently available

0:00 0:15:23 0:00

Kolumbiyada 250 milyonluq kokain aşkar edilib

Kolumbiyada 250 milyonluq kokain aşkar edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG