Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:13

Rusiya sərnişin təyyarəsinin vurulmadığını deyir


Qəzaya uğramış təyyarəni gözləyənlər sarsıdıcı xəbər alıblar
Qəzaya uğramış təyyarəni gözləyənlər sarsıdıcı xəbər alıblar

Rəsmilər bildiriblər ki, 7 nəfərlik ekipajın idarə etdiyi təyyarədə 24 uşaq da daxil, 217 sərnişin olub.

Rusiya özünün aviasiya tarixində ən ölümcül təyyarə qəzasının 224 qurbanının matəmini saxlayır. Bu arada ekspertlər isə təyyarənin Misirin kurort sahilindən havaya qalxdıqdan az sonra Sinay yarımadası üzərində qəzaya uğramasının səbəblərini araşdırılar.

İslam Dövləti adlanan təşkilatın yerli qollarından biri təyyarəni vurub saldığını elan edib. Bununla belə qruplaşma hadisənin təfərrüatlarını açıqlamayıb, Rusiya isə bu xəbəri dərhal təkzib edib.

Misirin təhlükəsizlik orqanları da bildiriblər ki, Airbus A321 təyyarəsinin vurulub salındığını göstərən heç bir məlumata malik deyil.

Qurbanların telefonları zəng çalırdı

Rusiyanın Koqalımavia şirkətinə məxsus təyyarə oktyabrın 31-də, səhərin erkən saatlarında Sankt Peterburqa üçmaq üçün Misirin Şarm əş-Şeyx hava limanından qalxmışdı. Havaya qalxdıqdan az sonra təyyarə Sinay yarımadasındakı kimsəsiz bir yerdə - sahil şəhərləri Ariş və Hasna arasındakı əraziyə düşüb.

Qəza qurbanlarının qohumları sarsılıblar
Qəza qurbanlarının qohumları sarsılıblar

Misir hakimiyyət orqanları bu qəzadan heç kimin sağ çıxmadığını bildirib. Xisalasedicilər hadisə yerində dəhşətli və kədərli mənzərinin şahidi olublar. Bəzi sərnişinlərin cəsədləri hələ də təhlükəsizlik kəmərləri ilə kreslolara bağlanmışdı, mobil telefonlar isə zəng çalmaqda davam edirdi.

Rəsmilər bildiriblər ki, 7 nəfərlik ekipajın idarə etdiyi təyyarədə 24 uşaq da daxil, 217 sərnişin olub.

Qurbanların demək olar, hamısı ruslardır və onlar Qırmızı dəniz kurortunda istirahətdən sonra Sankt Peterburqa qayıdırdılar.

Misir hökuməti həmçinin indiyədək 168 cəsədin tapıldığını, axtarış ərazisinin 15 kvadrat kilometrədək genişləndirildiyini bəyan edib.

Postsovet məkanında ən ölümcül qəza

Rusiya prezidenti Vladimir Putin noyabrın 1-də matəm elan edib, həlak olanların Pulkovo hava limanında gözləyən qohumlarına psixoloji və tibbi yardım göstərilib.

Rusiya hakimiyyət orqanları həmçinin cəsədlərin identifikasiyası məqsədilə qurbanların qohumlarından DNT yaxmaları götürüb.

Rusiyanın RİA agentliyi bildirib ki, bu qəza postsovet məkanının tarixində ən ölümcül fəlakət olub. Bundan əvvəl, sovet dövründə, 1985-ci ildə Özbəkistanda baş vermis qəzada 200 nəfər həlak olmuşdu.

Misir rəsmiləri bidliriblər ki, təyyarənin “qara qutuları” tapılıb və təhqiqat üçün ekspertlərə göndərilib. Onlar 9268 reysi ilə uçan təyyarənin yaxşı hava şəraitində göyə qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğramasının səbəblərini aşkar etməlidirlər.

İslamçıların iddiası rədd edilib

İD-in yerli qolu olan Vilayət Sinay Tvitter və Telegram da daxil sosial mediada təyyarənin qruplaşma tərəfindən vurulduğunu iddia edib.

Qərb agentlikləri də bildirirlər ki, bu ərazidəki qruplaşmaların hər hansı təyyarəni 10 min metr yüksəklikdə vurmaq üçün silahları yoxdur.

Bu qəza Rusiyanın Suriyada hava zərbələri kampaniyasına başlamasının 1 ayı tamam olarkən baş verib.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov qruplaşmanın bu iddiasının doğru olmadığını bildirib.

Qərb agentlikləri də bildirirlər ki, bu ərazidəki qruplaşmaların hər hansı təyyarəni 10 min metr yüksəklikdə vurmaq üçün silahları yoxdur.

Pilot təyyarənin nasazlığından gileylənirmiş…

Buna baxmayaraq, Lufthansa, Emirates və Air France-KLM bu qəzanın baş verdiyi hava məkanında uçuşları dayandırdıqlarını bəyan ediblər.

Rusiyanın NTV telekanalının bir proqramında qəzaya uğramış təyyarənin pilotunun xanımı Tryukaçova deyib ki, əri təyyarənin nasazlığından şikayətlənirmiş.

Rusiyanın federal təhlükəszilik xidmətləri Koqalımavia şirkətinin Moskvadakı ofisinə reyd keçiriblər.

Hər il üç milyonadək rusiyalı turist istirahət üçün Misirin Qırmızı dəniz sahillərinə yollanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG