Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:41

Papa Francis Ermənistanda «soyqırımı» dedi [Video]


Papa Francis Yerevanda.

Papa Francis Yerevanda.

-

Roma Papası Francis-in cümə günü Ermənistana başlayan üçgünlük səfəri Türkiyə ilə Vatikan arasındakı onsuz da mövcud olan gərginliyi daha da artıra bilər.

Ötən il Vatikan 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərlə bağlı baş verənləri «soyqırımı» adlandırmışdı. Vatikanın bu mövqeyi iki dövlət arasında münasibətləri pisləşdirmişdi. Həmin vaxt Papa Müqəddəs Pyotr kilsəsində moizəsi zamanı sözügedən hadisələri «20-ci əsrin ilk soyqırımı» adlandırmışdı. Papa Francis bununla da Ankaranın hiddətinə tuş gəlmişdi.

Baxmayaraq ki, Roma Papasının o dövrün hadisələrini bu cür qiymətləndirməsi ilk dəfə baş vermirdi. 2001-ci ildə katoliklərin ozamankı dini lideri Papa John Paul da yazılı bəyanatında «soyqırımı» ilə bağlı fikirlərini bənzər tərzdə ifadə etmişdi.

Ancaq sonuncu dəfə Türkiyənin reaksiyası daha sərt oldu. Ankara etiraz əlaməti olaraq Vatikandakı səfirini geri çağırdı. Türkiyənin ovaxtkı baş naziri Ahmet Davutoğlu bunun nə Papaya, nə də Papanın tutduğu yüksək qulluq mövqeyinə uyğun gəldiyini söyləmişdi. O vaxtdan ikitərəfli əlaqələr dondurulmuş olaraq qalır. Tərslikdən də münasibətlərin pozulması Vatikanın Yaxın Şərqdə dini azlıq şəklində yaşayan xristian icmalarına necə yardım əli uzatmağın yollarını aradığı bir zamana təsadüf edir. Hazırda alov içində yanan Yaxın Şərq regionunda isə həlledici rola sahib dövlət məhz Türkiyədir.

MƏTNDƏ «SOYQIRIMI» İFADƏSİ YOXMUŞ

Bütün bunları nəzərə alanda, Papanın bu dəfə «soyqırımı» ifadəsi işlətməyəcəyi gözlənilirdi. Səfər öncəsi Vatikanın sözçüsü Federico Lombardi keçirdiyi brifinqdə jurnalistlərə demişdi ki, bir dənə «soyqırımı» kəlməsinə görə siyasi-sosial məngənəyə düşmək istəməzlər. Doğrudur, bununla belə o, Papanın Yerevanda nə söyləyəcəyinə hakim olmadığını da vurğulamışdı. Ancaq səfərdə Papanı müşayiət edən jurnalistlər də bildirirlər ki, dini liderin çıxışının onlara qabaqcadan paylanmış mətnində «soyqırımı» ifadəsi yox imiş. Yazılı mətndə 1915-ci il hadisələri ermənicə «böyük fəlakət» mənası verən «Metz Yeghem» kimi xatırladılırmış.

Bundan başqa, səfərdən əvvəl Papa erməni xalqına videomüraciət ünvanlamışdı. Həmin müraciətində o, «soyqırımı» sözü işlətməmişdi. Bütün bunlar ali qonağın Yerevanda bu ifadəni dilə gətirməyəcəyinə az qala əminlik yaratmışdı.

Lakin Papa Ermənistan prezidenti Serzh Sarkisian-la görüşü zamanı çıxış edərkən, 1915-ci il hadisələrinin 100-cü ildönümü münasibətilə Vatikanda təşkil olunmuş dini ayini xatırladıb: «Biz «Metz Yeghem»i, böyük pisliyi, xalqınıza zərbə vuran və çox sayda insanın ölümünə səbəb olan hadisənin 100-cü ilini qeyd edirdik». Bunun ardınca Papa gözlərini oxuduğu mətndən ayıraraq sözlərinə belə davam edib: «Bu faciə, bu soyqırımı, təəssüf ki, ötən əsrin fəlakətlərinin başlanğıcı oldu. Bunlar bütöv bir xalqı yox etmək istəyən cəlladlar tərəfindən irqi, dini və ideoloji bəhanələrlə törədildi».

DEDİ-DEMƏDİ – FƏRQİ YOXDU

Yerevan Universitetinin tarix professoru Andranik Ayvazian isə hesab edir ki, dünyada getdikcə daha çox ölkənin 1915-ci il hadisələrini «soyqırımı» adlandırması səbəbindən Papa kimi ictimai xadimlərin bu termini işlədib-işlətməməsinin əhəmiyyəti artıq azalıb.

Papa Francis iyunun 25-də Ermənistanda «Genosid qurbanları» abidəsini və muzeyini ziyarət edib. Gümrü şəhərindəki Vardnans meydanında katolik dini ayinini idarə edib. Axşam isə o, Yerevandakı Respublika meydanında kütləvi dua mərasimi keçirəcək.

Mərasimdə bütün Ermənistanın katolikosu Karekin II də iştirak edəcək.

Roma papası "Genosid qurbanları" abidəsini ziyarət edib (Video)

Günün bütün mövzuları

XS
SM
MD
LG