Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

Türk əsilli deputatlar mühafizə altında


Türkiyədə alman deputatların fotoları ilə etiraz aksiyası

Türkiyədə alman deputatların fotoları ilə etiraz aksiyası

-

Almaniyadan gələn xəbərlərə görə, türk əsilli 11 deputat polis mühafizəsinə alınıb. Səbəb onların bir əsr öncə ermənilərin kütləvi qırğınını soyqırımı kimi tanıyan qətnaməyə səs verməsidir.

İyunun 2-də Bundestaqda keçirilən səsvermədə çoxluq bu qətnaməni dəstəkləyib.

“Frankfurter Allgemeine” qəzeti iyunun 12-də yazıb ki, Berlin və federal polislə görüşdən sonra həmin deputatların qorunması barədə qərar çıxarılıb.

Türkiyə ermənilərin soyqırıma məruz qalmadığını, iğtişaşlarda öldürüldüyünü bildirir.

Almaniya parlamentinin qərarı Türkiyəni qəzəbləndirib, Berlindəki səfirini geri çağırıb.

Prezident Recep Tayyip Erdogan isə qətnaməyə səs vermiş türk əsilli deputatları “qan testi”ndən keçirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG