Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

-

«Bu, daha çox siyasi oyundur. İndiki hakim komandanın daha çox hakimiyyətdə qalmasına hesablanıb».

Politoloq Zərdüşt Əlizadə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin antiqərb ruhlu məqaləsini Azadlıq Radiosuna belə şərh edib.

Onun fikrincə, bir tərəfdən İlham Əliyevin Qərblə yaxınlaşdığı görüntüsü verməsi, o biri tərəfdən Ramiz Mehdiyevin Qərbi tənqid etməsi hakimiyyətin bütünlükdə mahiyyətini dəyişmir: «Qərblə yaxınlaşmaq ona görə lazımıdır ki, neft gəlirləri talan edilib, səmərəli bir iş görülməyib. İndi gəlirlər azalıb, iri vəsaitləri isə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ancaq ABŞ-ın və onun tərəfdaşlarının razılığı ilə verə bilər. Odur ki, Qərblə yaxınlıq görüntüsü bu məqsəddən irəli gəlir».

Politoloqun düşüncəsinə görə, rəsmi Bakı Azərbaycanda sanki siyasi məhbuslar, işgəncələr, azadlıqların boğulması məsələlərini arxa plana keçirmək istəyir. Z.Əlizadə deyir ki, indi alınan borclar gələcək nəsillərin boynunda ağır yük kimi qalacaq.

Politoloqun düşüncəsinə görə, digər tərəfdən də Rusiya arxayın olmalıdır ki, Azərbaycan onun təsir dairəsindən çıxmır. Azərbaycanda yenə Rusiyaya sadiq olan hakimiyyət var: «R.Mehdiyevin məqaləsinin indiki halda ortaya çıxmasının səbəbi budur».

Z.Əlizadə deyir ki, hakim elita bununla yenə də ancaq öz komanda marağını güdür:

«Mümkün qədər çox hakimiyyətdə qalmaq və imtiyazlardan bəhrələnmək istəyirlər. Amma bundan ötrü dünyanın aparıcı dövlətlərinin münasibəti də önəmlidir və bu baxımdan hakimiyyətdə «qərbpərəst»-«rusiyapərəst» görüntüsü yaratmaq zərurəti meydana çıxıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG