Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

►"Qərb dövlətlərinin siyasi sistemlərinin başlıca nöqsanı “milli liderlərin” olmamasıdır"

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Qərbin ünvanına kəskin tənqid və ittihamlarla dolu növbəti məqaləsi dərc edilib.

1news.az saytında dərc edilən “Qloballaşma şəraitində güclü Azərbaycan dövləti milli ideyanın təsviri kimi” adlı məqalə R.Mehdiyevin gələcək kitabının başlığıdır.

Suverenliyi Qərbdən qorumaq?

R.Mehdiyevin düşüncəsinə görə, Azərbaycan güclü dövlət formalaşdırmaqla öz suverenliyini Qərbin mənfi təsirindən qoruya bilər. Yalnız bu yolla Qərbin “dünya hökmranlığı yaratmaq” cəhdlərinin qarşısını almaq olar.

Onun yazmasına görə, dünyada iki konseptual ideya arasında qarşıdurma var. R Mehdiyev düşünür ki, bir tərəfdən bunlar qloballaşma (neoliberalistlər) tərəfdarlarıdır. Milli sərhədlərin silinməsi və dövlət müstəqilliyinin pozulması üzrə işlər aparırlar. Digər tərəfdən isə suveren dövlətlərin onların öz ərazi bütövlüyü çərçivəsində mövcudluğuna obyektiv qanunauyğunluq kimi baxırlar.

Maliyyə institutları hədəfdə

R.Mehdiyev üstünlüyü ikinci mövqeyə verdiyini gizlətmir.

Onun fikrincə, “dövlətlərin suverenliyinin pozulmasında” Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq maliyyə institutları rol oynayır. Onlar başqa ölkələrin iqtisadiyyatları üzərində öz nəzarətlərini hər vəchlə möhkəmləndirməyə çalışırlar.

“Müasir qlobal proseslərdə siyasi birliklər və vətəndaş qurumları da dağıdıcı rol oynaya bilər. Çox zaman sonuncuların siyasəti xarici qüvvələr tərəfindən dəstəklənmiş olur” - R. Mehdiyev qeyd edir.

____________________________________________________________

Bunlara da bax:
Miqrantların adı yenə seksual təcavüz qalmaqalında
Rusiyada "Kadırov körpüsü"nə etiraz

____________________________________________________________

"Qərbin başlıca nöqsanı - Milli liderlərin olmaması"

Qərb dövlətlərinin siyasi sistemlərini tənqid edən R.Mehdiyev “milli liderlərin” olmamasını onların başlıca nöqsanı kimi görür.

“Bir çox Qərb ölkələrində vəziyyət göstərir ki, bu ölkələrdə rəhbərliyə ümumilikdə millətin yox, korporativ qrupların maraqlarını ifadə edənlər gəliblər”

R.Mehdiyev ABŞ köşə yazarı Paul Kreyqdən sitat gətirib:“Amerikanın indiki liderləri Vladimir Putinin və ya Çin, Boliviya, Venesuela, Argentina, Braziliya və ya Hindistan liderlərinin “əlinə su tökməyə dəyməz”.

R. Mehdiyev hesab edir ki, güclü dövlət yalnız prezident idarəçiliyi sistemində mümkündür.

“Hətta dünyada qloballaşma proseslərinin gücləndiyi şəraitdə belə güclü dövlət quruculuğu XXI əsrin ən effektiv modelidir”, o vurğulayıb.

Həmçinin bax: Youtube Kanalımızı izlə, xəbərin olsun:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG