Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

'Türkiyənin Qarabağ münaqişəsinin həllində iştiraka canatımı təhlükəlidir'


Stepan Grigorian Azatutyun TV-də

Stepan Grigorian Azatutyun TV-də

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakına erməni politoloqun münasibətini öyrənib.

«TÜRKİYƏ BUNU ANLAYIB»

Politoloq Stepan Grigorian Türkiyənin bu cəhdini «təhlükəli» sayır:

«Bu, çox təhlükəlidir, səbəbini də indi deyəcəyəm. Rusiya prezidenti Vladimir Putin-in Avropa Birliyi və NATO-yla mübarizəsi həyatının mübarizəsidir...Onun öncəli - ABŞ, NATO və Avropa Birliyini boğmaqdır. Türkiyə də bunu anlayıb».

Politoloqun fikrincə, türklər anlayıblar ki, Ankara antiavropa addımlarına qoşularsa, Rusiyanı bəzi güzəştlərə razı sala bilər.

Avqustun 10-da Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu dövlət telekanalı TRT-nin efirindən bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Türkiyə-Rusiya formatında müzakirə ediləcək. O bu məsələnin üçlü formatda müzakirəsinin bütün tərəflərə sərfəli olduğunu bildirib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-sa Rusiya prezidenti Vladimir Putin-lə görüşdən sonra jurnalistlərə deyib ki, sözügedən məsələni Rusiya da, Azərbaycan da bəyənib. Dövlət başçısının sözlərinə görə, bu formatın yaradılmasında başlıca məqsəd regionda baş verənləri, o cümlədən, Dağlıq Qarabağ ətrafında cərəyan edənləri izləmək və nəzarətdə saxlamaqdır.

Buna da bax: Putin-in Qarabağ planı: suallar qalır

«RUSİYA ERMƏNİSTANI TORPAQLARI AZƏRBYCANA VERMƏYƏ VADAR EDƏ BİLƏR»

Erməni politoloq Stepan Grigorian-ın qənaətincə, qısa zaman dilimində Türkiyə və Rusiyanın mövqeləri yaxınlaşa bilər. Politoloq, eyni zamanda, bu iki dövlət arasında xeyli fikir ayrılığını, bu üzdən də belə alyansın çox sürməyəcəyini vurğulayır. Ancaq Grigorian yenə narahatlığını gizlətmir: «Bu yaxınlaşma günü bu gün də təhlükəlidir»:

«Rusiyanın bizi hansı halda əraziləri dərhal Azərbaycana verməyə məcbur edəcəyinə dair sizə bir ssenarini misal gətirə bilərəm. Türkiyə Rusiyaya söz verər ki, Avropa Birliyindən ötrü həyati önəm daşıyan miqrantlar məsələsi ilə bağlı müqaviləni pozacaq və bəzi NATO proqramlarında iştirakını donduracaq. Bunun qarşılığında Rusiya təkcə erməni xalqının torpaqlarını qurban verməz, hətta bağışlayın məni, öz torpaqlarından da nəsə bağışlaya bilər. Azərbaycan da elə, tutalım, Avrasiya İqtisadi Birliyinə daxil olmağa söz verər və ya İrandan gələn yüklərin Azərbaycandan Rusiyaya, oradan da Avropaya keçib getməsinə razılaşar».

ERMƏNİSTAN RUSİYAYA MEYDAN OXUYA BİLƏRMİ?

Bu halda Ermənistan nə edə bilər? Politoloq sualı belə cavablayır: «Ermənistan çox bəsit bir iş görə bilər: Borcların qarşılığında hər şeyi Rusiyaya vermək siyasətimizi dayandırar... Hakimiyyət müxalifəti gücləndirə bilər, bunu sözün yaxşı mənasında deyirəm, insanlara sərbəst davranmaq, azad mübarizə aparmaq imkanı yaradar və bununla da Putin-ə göstərər ki, torpaqların verilməsi mümkün deyil və xalq bu cür güzəştlərin əleyhinədir. Ermənistan hakimiyyəti ordunu saxlamaq üçün korrupsiya ilə mübarizə apara bilər. Ancaq onların dövlət yanaşmasının, indiki halda milli maraqların nədən ibarət olduğunu anladığını görmürəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG