Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01

Belarus prezidenti Aleksandr Lukashenko jurnalistlərə sağlam qidalanma rejimindən və ümumiyyətlə, sağlma həyat tərzindən danışıb.

Prezident deyib ki, hər bir insan idmanla məşğul olmağa vaxt tapmalıdır. Onun sözlərinə görə, bunu edə bilməyənlərin izahları, yalnız bəhanədir.

Belarusun Sputnik saytının məlumatına görə, idmanla məşğul olmayanlara da Lukashenko çıxış yolu təklif edir: “İdmana vaxtın yoxdursa, az ye! Səhər yeməyinə maksumum 3 yumurta və bir fincan qəhvə. Nahar yeməyinə tərəvəz şorbası və yaxşı, kişilik vəzifəsiniyerinə yetirə bilmək üçün bir tikə ət. Axşam şor. Vəssalam”

Alexander Lukashenko amerikalı aktyor Steven Seagalla birlikdə.

Alexander Lukashenko amerikalı aktyor Steven Seagalla birlikdə.

Lukashenkonun sözlərinə görə, o gündə idmanla azı 2 saat məşğul olur və buna vaxt tapmaq üçün hətta yuxusundan kəsir.

Lukashenko deyir ki, “mənim iki kilo çəkim artan kimi dizlərimdə hiss edirəm . Deyirlər ki, “vaxt yoxdur”. Ancaq mən heç də onlardan az məşğul deyiləm. Ancaq gündəidmana 2 saat, yatmağın hesabına, nəyin hesabına olursa-olsun, tapmalısan”.

Buna da bax: İlham Əliyev turnikdə dartınır

İlham Əliyev yağlı yeməklərin ziyanı haqqında

Günün bütün mövzuları

XS
SM
MD
LG