Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

'Pokemon Go' oyunu bütün dünyada ajiotaja səbəb olub- [Video]


►Vaşinqtonda pokemon tutmağı yasaqlamağa çalışırlar

Yaponiyanın "Nintendo" şirkətinin oyunu olan "Pokemon GO" bütün dünyada böyük ajiotaja səbəb olub.

Həm virtual, həm də real dünyanı ehtiva edən bu əlavədə pokemonları axtarıb tutmaq lazımdır.

Pokemonlar xəyali varlıqlardır, "fövqəltəbii qabiliyyətləri" var. Oyun ötən həftə çıxıb, ancaq istifadəçilər artıq bir çox qadağalarla qarşılaşıblar.

Oyunun populyarlığının sirri onun virtual və real dünyaları birləşdirməsi, başqa oyunçularla yarışmaq imkanı və hərəkətlilikdir.

Vaşinqtondakı Holokost Muzeyi öz ərazisində oyunçuları "pokemonları axtarmamağa" çağırıb. "Bu oyun nasizm qurbanlarına abidə olan bir muzeydə oynanılmaq üçün yaramır," deyə muzeyin rəsmisi Andrew Hollinger bildirib.

Oyun elə yaradılıb ki, bütün görməli yerlər kimi Holokost Muzeyi də Pokestop, yəni oyunçuların ekspozisiya zallarında gəzişərək pokemonları axtara bilərcəyi yerlərdəndir.

Hollinger əlavənin müəlliflərinə müraciət edərək xahiş edib ki, muzeyin ərazisini oyunun fəaliyyət zonasından çıxarsınlar.

Vaşinqtonun ətrafında, Virciniyada yerləşən Arlinqton milli məzarlığının adinistrasiyası da ziyarətçilərdən ərazidə bu populyar əlavədən istifadə etməməyi xahiş edib.

"Biz düşünmürük ki, Pokemon GO oynamaq bu ərazidə ədəb-ərkan qaydalarına uyğundur," hərbi məarlığın rəsmi Twitter səhifəsində deyilir.

Virciniya şerifinin ofisi də öz Facebook səhifəsində "pokemonların axtarışı başqalarına məxsus əraziyə daxil olmaq üçün kafi səbəb deyil" elanını yerləşdirib.

Pokemon

Pokemon

Şerifin nümayəndələri bildirirlər ki, son günlər insanlardan onlara məxsus ərazilərə "icazəsiz müdaxilələr" barədə çoxlu sayda şikayət daxil olur. Onların sözlərinə görə, oyunçular gecə vaxtı obyektlərin bağlı olduğu vaxt, özəl və dövlət müəssisələrinin, habelə kilsələrin ərazilərinə daxil olublar.

Pokemon GO iOS və Android əməliyyat sistemləri ilə çalışan smartfonlarda işləyir. Oyun hələlik ABŞ, Avstraliya və Yeni Zellandiyada istifadəçilər üçün açıqdır. Oyunun Avropa və digər yerlərdə nə vaxt oyananıla biləcəyi hələlik məlum deyil.

Əlavənin köməyilə tutulmuş pokemonları sonradan başqa oyunçularla döyüşlərdə istifadə etmək, onları dəyiş-düyüş etmək də olar. Oyun real dünyanın smartfonun kamerası vasitəsilə əldə olunmuş şəkillərinin üzərinə virtual obyektlər yerləşdirir. İstifadəçi əlavədəki virtual xəritə üzrə real marşrutla hərəkət edir. Xəritə pokemonların harada gizlənmiş olduğunu gösrərir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Oyunçu pokemonun gizləndiyi yerə çatanda smartfon səs siqnalı və vibrasiya vasitəsilə pokemonun gizləndiyi yerə işarə edir. Pokemonu götürüb kolleksiyaya qoymaq üçün onu smartfonun kamerası ilə tutmaq lazımdır. Pokemonları tutmağa görə təcrübə xalları verilir. Daha çox xal daha yüksək səviyyə deməkdir. Əlavə pulsuz olsa da, onun içində pullu xidmətlər də nəzərdə tutulub. Bu xidmətlər vasitəsilə istifadəçi öz oyunçu səviyyəsini yüksəldə və hətta öz pokemonlarına "təlim keçə" bilər.

Amerika mütəxəssislərinin verdiyi məlumata görə, oyun çıxdığı gün yükləmə sayına görə birinci yerə çıxıb. Statistika göstərir ki, istifadəçilər gün ərzində WhatsApp, Instagram, Snapchat и Facebook Messenger kimi əlavələrdə keçirdikləri vaxtdan çox Pokemon GO oynayırlar. Oyunun işıq üzü görməsindən iki gün sonra onu ABŞ-da smartfon istifadəçilərinin 5,16%-i yükləyib.

Şərhləri göstər

XS
SM
MD
LG