Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

Pokemon GO oyunu Nintendonun qiymətini 10 milyard artırdı


ABŞ-da xəbərdarlıq edirlər ki, sürücülər Pokemon GO oynamasınlar
ABŞ-da xəbərdarlıq edirlər ki, sürücülər Pokemon GO oynamasınlar

ABŞ-da 7 İyulda onlayn mağazalarda ilk dəfə satışa çıxarılan Pokemon GO oyunu, Yaponiyanın oyun və konsol istehsalçısı Nintendonun bazar qiymətini 5 gündə 10 milyard dollar qaldırıb.

6 İyulda bazar qiyməti 17 milyard dollar olan Nintendo-nun qiyməti Pokemon GO oyununun yayımlanmasının sonra 27 milyard dollara çıxıb.

Yaponiyanın Tokio Birjasında Nintendo səhmlərinin 12 İyulun yekununda 5 günlük yüksəlişi 60%-ə çatıb.

6 İyulda 14 min 380 Yapon yeni olan Nintendo səhmləri, 12 İyulda 22 min 860 Yapon yeni ilə bağlanıb.

Oyun, mobil telefonlu istifadəçilərdən yaxınlığındakı xəyali Pokemonları təqib etməsini istəyir.

Oyunda istifadəçilər ətrafdakı pokemonları toplayıb, onları öyrədərək digər istifadəçilərlə mübarizə aparır. İstifadəçilər tapılması çətin olan Pokemonlara çatmaq üçün saatlarla yol qət etməlidir.

Bu oyun insanları evdən küçəyə çıxmağa, gəzməyə sövq edir.

Oyunçu pokemonları tapmaq üçün hərəkətdə olmalıdır. Oyunçular deyirlər ki, pokemon tapmaq üçün ən müxtəlif yerlərə - muzeylərə və s.-yə getməyə məcbur olurlar, halbuki belə yerlərə heç vaxt getmirdilər.

Yapon mobil oyunlarının mütəxəssisi olan Kantan Games adlı məsləhət şirkətinin yaradıcısı Serkan Toto deyir: "Bu bir Nintendo sehridir. İlk dəfə mobil oyun belə hay-küy qoparır."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG