Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:28

Azərbaycan OPEC-in qərarını dəstəkləyir


Natiq Əliyev
Natiq Əliyev

Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsindən ötrü istənilən qərarı dəstəkləyir. Energetika Nazirliyinin açıqlamasında belə deyilir.

Açıqlamada vurğulanır ki, energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iclasında hasilatın azaldılması barədə razılaşmanı bazarda tarazlığın yaranmasından ötrü mühüm addım sayır. Bununla yanaşı, energetika naziri hesab edir ki, neftin qiymətində sabitlik və yüksəliş yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1.2 milyon barrel azaltması qərarı uzunmüddətli olacağı halda yaranar.

HASİLAT ARTMAYACAQ

«Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya bəllidir ki, ölkə prezidenti səviyyəsində neft hasilatı və ixracının artırılmayacağı birtərəfli qaydada bəyan edib. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır», – açıqlamada deyilir.

OPEC-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı Natiq Əliyev bildirib ki, toplantıya dəvət olunarsa və iştirakı zəruri sayılarsa, Azərbaycan tədbirə qatılacaq. «Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azaltmaqla bağlı məsələlər bu toplantıda müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır», –deyə Natiq Əliyev bildirib.

Vyanada əldə olunan razılığa əsasən, OPEC ölkələri hasilatı sutkada 1.2 milyon barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32.5 milyon barrelə qədər enəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG