Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:11

Neft 9 faiz qalxdı


OPEC
OPEC

OPEC 2008-ci ildən bəri ik dəfə olaraq istehsalı azaltmaq qərarına gəldi. Reutersin məlumatına görə, OPEC gündəlik istehsalını 32,5 milyon barrelə salır.

Gündəlik istehsalı azaltmaq qərarını neft ixrac edən ölkələr təşkilatı OPEC noyabrın 30-da Vyanada verib.

OPEC-in bu qərarından sonra qeyri-OPEC ölkəsi Rusiya da gündəlik istehsalını 300 min barrel azaldcağını elan etdi.

Səudiyyə Ərəbistanı gündəlik istehsalını yarım milyon barrel azaltmağa razı oldu.

İrana icazə verildi ki, istehsalı oktyabr ayı səviyyəsində saxlasın. Bu, İranın böyük diplomatik uğuru sayılır.

İxtisar barədə gözləntilər və xəbərlər son bir gündə neftin qiymətini 8,8 faiz artırıb.

***

Noyabrın 30-da neftin bir barrelinin qiyməti 3,8 dollar artaraq 50,18 dollara çatıb. Bu da 8,2 faiz artım deməkdir. Belə sıçrayışa səbəb Avtsriyanın paytaxtı Vyanada OPEC ölkələrinin neft istehsalını azaltmaq barədə qərara gələcəyi barədə xəbərlərdir.

Assoiociated Press agentliyinin məlumatına görə, 14 ölkənin neft nazirlərinin OPEC toplantısından gələn məlumatlara görə, nazirlər neft istehsalını azaltmaqdan çox, bu ixtisarı ölkələr arasında necə bölməyi müzakirə edirlər.

İraqın neft naziri jabbar Ali Hussein al-Luiebi jurnalstlərə deyib: “İxtisar olacaq,mütləq”.

OPEC-in belə qərar verəcəyi OPEC-in əsas neft istehsalçısı Səudiyyə Ərəbistanı ilə İran arasındakı mübahisəyə görə çox uzaq görünürdü.

İxtisarın böyük hissəsini öz üzərinə götürməli Səudiyyə Ərəbistanı bunu etməyə həvəsli deyildi, İran isə ümumiyyətlə ixtisar etmək istəmir. İranın mövqeyi belədir ki, sanksiyalardan qabaqki səviyyəyə İran hələ çatmayıb.

Ancaq indi belə görünür, hər iki ölkə kompromissə yaxındır.

Səudiyyə Ərəbistanının neft naziri Khalid al-Falih deyib ki, “biz sanksiyaların İrana təsirini etiraf edib, ixtisarın İrana aid edilməməsinə razılaşdıq”.

İranın neft naziri Bijan Zanganeh isə deyib ki, “İran üçün nə istehsalın azalması, nə də dondurulması!”.

Noyabrın 30-da verilməli qərara görə, OPEC-in gündəlik 33 milyon barrel neft istehsalının 1,2 barreli ixtisar olunmalıdır.

Dünyada istehsal olunan neftin 3-də 1-ni OPEC verir, ancaq

Associated Press yazır ki,OPEC qərarının təsirinin nə qədər davam edəcəyi bəlli deyil. Çünki OPEC-dən kənar neft ölkələri də - Rusiya da istehsalı azaltmağa getməlidir.

İranın neft naziri isə bu barədə optimisdir. O deyib ki, qeyri-OPEC ölkələri də OPEC qərarından sonra neft istehsalını azaldacaqlarına söz verirlər. Onun sözlərinə görə, Rusiya da, belə görünür, istehsalı azaldacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG