Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Obama H. Clinton-un namizədliyini rəsmən qəbul etdi


Barack Obama qərarını video vasitəsilə elan edib
Barack Obama qərarını video vasitəsilə elan edib

O bu qərarı verməzdən əvvəl xanım Clinton-la nominasiya uğrunda rəqib olan partiyadaşı senator Bernie Sanders-lə görüşmüşdü

Prezident Barack Obama Hillary Clinton-un Demokratik Partiyadan ABŞ prezidentliyinə namizədliyini rəsmən qəbul edib.

O bu qərarı verməzdən əvvəl xanım Clinton-la nominasiya uğrunda rəqib olan partiyadaşı senator Bernie Sanders-lə görüşmüşdü.

Xanım Clinton tərəfindən Tvitterlə yayılmış videoda cənab Obama bəyan edir ki, Hillary Clinton prezident rolu üçün ən yaxşı namizəddir.

Bu iki siyasətçinin tezliklə birlikdə kampaniya aparacağı gözlənilir.

Prezident Obama və dövlət katibi Clinton, 2012-ci il.
Prezident Obama və dövlət katibi Clinton, 2012-ci il.

"Mən istəyirəm ki, sizlərdən bu heyrətamiz yolda lap əvvəldən mənimlə olanlar bilsinlər ki, “mən onunlayam”. Mən coşquluyam və səbirsizliklə gəlib Hillary üçün kampaniya aparacağım məqamı gözləyirəm” – deyib ABŞ prezidenti videoda.

Obama deyib ki, senatorlar Clinton və Sanders – hər ikisi rəqib olmalarına baxmayaraq öz ölkələrinin vətənpərvəridirlər.

Barack Obama və Hillary Clinton 2008-ci ildə Demokratik Partiyadan namizədliyə nominasiya yarışında rəqib idilər, lakin sonradan Obama Clinton-a dövlət katibi vəzifəsini vermişdi.

"Qatı rəqiblikdən əsl dostluğa"

Hillary Clinton Reuters agentliyinə deyib ki, namizədliyinin prezident tərəfindən qəbul edilməsi onun üçün “dünya deməkdir”.

"Bu mənim üçün tam sevinc və şərəfdir ki, prezident Obama və mən ötən illər ərzində qatı rəqiblikdən əsl dostluğa qədər bir yol keçmişik” – deyib Hillary Clinton.

Bu mənim üçün tam sevinc və şərəfdir ki, prezident Obama və mən ötən illər ərzində qatı rəqiblikdən əsl dostluğa qədər bir yol keçmişik

Xanım Clinton-un prezident seçkisində təxmin edilən respublikaçı rəqibi Donald Trump isə deyib ki, prezidentin Clinton-un namizədliyini qəbul etməsi “daha dörd il Obama deməkdir”.

Reuters yazır ki, beləliklə, Barack Obama Ağ Evin demokratlarda qalması üçün oyuna daxil olub.

Bu da deyilir ki, videonun yüksək texniki səviyyədə olması onun artıq bir müddətdir hazırlanmaqda olduğunu göstərir.

Gözdən iti müşahidəçilər Obamanın videoda çərşənbə axşamı taxdığı qalstukda olduğunu seziblər.

Müşahidəçilər bunu da qeyd edirlər ki, Ağ Evdəki görüşdən sonra Bernie Sanders də Clinton-a qarşı tonunu xeyli yumşaldıb və lazım gələrsə keçmiş dövlət katibi ilə birgə işləməyə hazır olduğunu deyib.

Cənab Obama və xanım Clinton ilk dəfə birlikdə gələn həftə Viskonsində yanaşı dayanacaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG