Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:04

Hillary Clinton prezidentliyə namizədliyini təmin etdi


Hillary Clinton
Hillary Clinton

Associated Press agentlyinin məlumatına görə, keçmiş dövlət katibi 2383 seçki nümayəndəsinin səslərini təmin edib

Hillary Clinton ABŞ prezidenti seçkilərinə qatılmaq üçün lazımi sayda seçki nümayəndəsinin dəstəyini qazana bilib.

Associated Press agentlyinin məlumatına görə, keçmiş dövlət katibi 2383 seçki nümayəndəsinin səslərini təmin edib. Puerto Rikoda ötən cümə axşamı keçirilmiş praymeri seçkisindək Clinton-u 2323 seçki nümayəndəsi dəstəkləyirdi.

Agentliyin hesablamalarına görə Clinton-un rəqibi Bernie Sanders-i 1569 seçki nümayəndəsi dəstəkləyir.

Beləliklə, potensial baxımdan Hillary Clinton qarşıdan gələn bütün praymeriləri uduzsa belə, Demokrat Partiyasından prezidentliyə namizədliyini təmin edib.

Çərşənbə axçamı demokratların daha 6 ştatda prayemeri səsvermələri olacaq. Bundan bir həftə sonra isə namizədlərə Vaşinqton səs verəcək.

Respublikaçılar Partiyasından prezident namizədliyinə yol açacaq qədər nümayəndə səsini Donald Trump toplayıb.

Fox News telekanalının apardığı son rəy sorğusuna görə Trump ağ seçicilər arasında populyarlıqda Clinton-u 24 xal geridə qoyur.

Lakin Hilalry Clinton-un qaradərili seçicilər arasında populyarlığı 83, ispandillilər arasında 39 faizdir.

Reuters agentlyinin həftəsonu yaydığı məlumata görə ümumölkə miqyasında Clinton Trump-dan əhəmiyyətli şəkildə irəlidədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG