Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:00

Nemtsovun qətli üzrə “qiyabi ittiham” irəli sürüldü


Bəzi məlumatlara görə barəsində federal axtarış elan edilmiş Ruslan Geremeyev hazırda Rusiyanın xaricindədir.

Boris Nemtsovun qətli üzrə istintaq “Sever” batalyonunun döyüşçüsü Ruslan Muxuddinova qarşı qiyabi ittiham irəli sürüb.

“Ötən cümə günü istintaq Muxuddinova qarşı qiyabi olaraq Nemtovun qətlinin təşkili ittihamını irəli sürüb və onun barəsində federal axtarış elan edilib” – deyibzərərçəkən tərəfin vəkili Vadim Proxorov İnterfax agentliyinə.

Nemtsovun vəkili: Yaxşı ki, istintaq düzgün istiqamətdə hərərəkət edir, lakin təəssüf ki, müstəntiqlər Geremeyevə qarşı ittiham irəli sürmək üçün özlərində qüvvə tapa bilməyiblər

Bununla yanaşı, vəkil bildirib ki, Ruslan Muxuddinov bu iş üzrə qətl icraçılarının aşağı zəncirinə daxil olan şəxsdir.

Bundan bir qədər əvvəl, cümə günü işlə əlaqədar olan mənbələrdən biri bildirmişdi ki, Rusiya İstintaq Komitəsinin (RİK) müstəntiqləri Muxuddinovu və Çeçenistan DİN-in “Sever” batalyonunun komandir müavini Ruslan Geremeyevi dindirməyə dəvət etməyə çalışsalar da, onların qohumları çağırış vərəqlərini qəbul etməkdən boyun qaçırıblar.

“Yaxşı ki, istintaq düzgün istiqamətdə hərərəkət edir, lakin təəssüf ki, müstəntiqlər Geremeyevə qarşı ittiham irəli sürmək üçün özlərində qüvvə tapa bilməyiblər” – deyib vəkil.

“Ruslik” kimdir?

Bununla belə, vəkilin fikrincə, Muxuddinova qarşı ittiham irəli sürülməsi, elə Geremeyevə qarşı da ittiham kimidir.

Proxorov istintaqın lap əvvəllərindən iddia etmişdi ki, Geremeyev və Muxuddinov Nemtsovun qətlinin təşkilində iştirak ediblər.

Bununla belə, vəkil sənədlərdə “Ruslik” adı ilə keçən şəxsin Muxuddinov olub-olmamasını dəqiqləşdirməyib.

Müstəntiqlərin fikrincə, qatilləri məhz “Ruslik” silahlandırıb.

Müxalif siyasətçi Boris Nemtsov 2015-ci il, fevralın 27-də Moskvada Böyük Moskvaretsk körpüsünün üstündə qətlə yetirilib.

Qətl faktı üzrə Rusiya CM-in 105 (“Qətl”) və 222 (“Qanunsuz silah dövriyyəsi”) maddələri üzrə cinayət işi qaldırılıb.

Kadırovun yaxın çevrəsi

Hazırda bu cinayət işi üzrə beş nəfər şübhəli şəxs qismində həbsdə saxlanır. Qətlin icrasında şübhəli bilinənlər – Çeçenistan DİN “Sever” batalyonunun komandir müavini Zaur Dadayev, onun əmisiuşaqları Anzor və Şagid Qubaşovlar, habelə Hamzat Baxayev və Tamerlan Eskerxanovdur.

Həbsdə olan şübhəlilər Tamerlan Eskerkhanov, Şagid Qubashov və Ramzan Baxayev
Həbsdə olan şübhəlilər Tamerlan Eskerkhanov, Şagid Qubashov və Ramzan Baxayev

Bu sifarişli qətlin təşkilində lap əvvəldən “Sever” batalyonunun keçmiş zabiti Ruslan Geremeyev şübhəli bilinirdi və onun barəsində federal axtarış elan edilmişdi. Bəzi məlumatlara görə o hazırda Rusiyanın xaricindədir.

Geremeyev nüfuzlu çeçen ailəsinin nümayəndəsidir. Onun yaxın qohumlarından biri – Süleyman Geremeyev Çeçenistanı Federasiya Şurasında təmsil edir. Onun başqa bir qohumu – Vaxa Geremeyev isə Şelkovski vilayəti polisinin rəhbəridir.

Keçmiş zabitin dayısı “Axmat-Tauer” firmasının yarısına sahibdir. Bu firma Ramzan Kadırovun fonduna yaxın müəssisə sayılır. Kadırov fondu Çeçenistanda tikinti işləri ilə məşğuldur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG