Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

-

Moskvanın mərkəzində müxalifət lideri Boris Nemtsovun öldürüldüyü yer təhqir olunub. Naməlum adamlar Nemtsovun portretləri üzərinə təhqiramiz işarələr çəkiblər. Bu barədə tvitterdə müxalifətçinin məsləkdaşı İlya Yashin yazıb.

“Nemtsov körpüsü” yazılmış lövhə də sındırılıb. Vandalizm hərəkəti barədə məlumat çərşənbə axşamı bloqlarda və sosial şəbəkələrdə peyda olub. Məlumatlarda 4 qadın və 3 kişinin fotoları da verilib, hadisəni onların törətdiyi bildirilir.

Aksiyaya görə məsuliyyəti özünü “SERB azadlıq hərəkatı” adlandıran qurum üzərinə götürüb. Hələlik hüquq-mühafizə orqanlarından hər hansı reaksiya gəlməyib.

İnsanlar təhqiramiz izləri təmizləyib, Nemtsovun öldürüldüyü yerə yeni güllər və şamlar qoyublar.

Boris Nemtsov fevralın 27-də gecə Moskvanın mərkəzində öldürülüb. Qətllə əlaqədar beş nəfər saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG