Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

►Ekspert: “ABŞ 10 günün içində yeni quyuları istismara verə bilər”

Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını 11 yanvar səviyyəsində saxlamaq barədə razılığa gəliblər.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı yanvar ayında gündəlik 10.2 milyon barrel, Rusiya 10.9 milyon barrel (ölkə tarixində rekord həcmdir - red.), Venesuela 2.234 milyon barrel, Nigeriya 1.869 milyon barrel, Qatar 655 min barrel neft hasil edib.

Açıqlamaların ardından dünya bazarında “Brent” markalı neftin qiyməti günboyu 35 dolları aşsa da, hazırda 33 dollar civarındadır.

İndi əsas müzakirə mövzusu bu razılaşmanın neftin qiymətinə necə təsir edəcəyidir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“O zaman onların bazar payını İran tutacaq”

İqtisadçı ekspert Natiq Cəfərli sözügedən razılaşmanın neft satışına ciddi təsir göstərəcəyini düşünmür:

“Bu danışıqların nəticə verəcəyi sual altındadır, çünki Səudiyyə və Rusiya indi ayrı-ayrı cəbhələrdə qərarlaşıblar. Üstəlik, İran da aqressiv şəkildə bazara şığıyır və son günlər Avropaya 4 milyon barel neft satıb. Gündəlik hasilatdan başqa öncədən tədarük etdiyi 70 milyon barel xam nefti də tezcə satmağa çalışır. Səudiyyə və Rusiya hasilatı azaltsalar,onların bazar payını İran tutacaq”.

“Təəssüf ki, real vəziyyət budur”

Texnoloji baxımdan Rusiyanın hasilatı azaltmağa hazır olmadığını söyləyən ekspert daha bir məsələyə diqqət çəkir:

“ABŞ-da şist neftinin maya dəyəri artıq 15-17 dollaradək enir. Yeni texnologiyalar gəlir. Qiymət qalxsa və 40 dolları keçsə, ABŞ 10 günün içində yeni quyuları istismara verə bilər. Texnoloji bazası olduğundan, bu ölkə dərhal hasilatı artıracaq və qiyməti yenə aşağı salacaq”.

N. Cəfərlinin fikrincə, hökumət neftin bahalaşmasına ümid bəsləməməlidir:

“Hökumətin “neftin qiyməti qalxacaq, yenə kef edəcəyik” yanaşması əsassız və zərərlidir. İslahatları hər gün gecikdirməklə ölkəni xaosa bir gün daha yaxınlaşdırırlar. Təəssüf ki, real vəziyyət budur”.

Buna da bax...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG