Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16

Rusiya ilə Səudiyyə Ərəbistanı razılaşdı


Abdalla Salem El-Badri və Aleksandr Novak

Abdalla Salem El-Badri və Aleksandr Novak

Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatı dondurmaq qərarına gəliblər.

Razılaşma neft nazirlərinin fevralın 16-də Qətərdə keçirilən görüşündə əldə olunub.

Səudiyyə Ərəbistanın neft naziri Ali al Naimi rusiyalı həmkarı Aleksandr Novakla görüşdən sonra yanvarda hasilatın səviyyəsinin tam uyğun olduğunu bəyan edib.

O qeyd edib ki, görüşdə iştirak edən Venesuela ilə Qətər də bununla razılaşıb və digər neft ölkələrindən də eyni addım gözləyir.

İran isə beynəlxalq sanksiyalara görə bazarda itirdiyi payını bərpa etmək üçün əksinə istehlakın artırılacağını vəd edib.

Qeyd edək ki, neft 2014-cü ildən bu yana 70 faizdən də çox ucuzlaşıb və hazırda Brend markalı neftin bareli təxminən 34 dollar civarındadır.

Bu iqtisadiyyatı əsasən neftdən aşlı olan Rusiya, Azərbaycan, Qazaxıstan, İraq və digər neft ölkələrinə ciddi ziyan vurub.

Səudiyyə Ərəbistanı bundan əvvəl bəyan etmişdi ki, əgər OPEC təşkilatına daxil olmayan ölkələr bu məsələdə əməkdaşlıq etməsələr hasilatı azaltmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG