Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

►Çərşənbə axşamı neftin bir barrelinin qiyməti 43 dolları keçib.

Bu, 2016 il üçün rekord qiymətdir. Azərbaycan nefti də bahalaşıb.

Ekspertlər qeyd edirlər ki, bu qiymət yüksəlişi neft istehsalçılarının görüşü zamanı bazardakı xam neft bolluğu ilə əlaqədar müəyyən addımların razılaşdırılacağına ümidlə bağlıdır.

Səbəblər arasında ABŞ dollarının zəifləməsi və Çində xam neftə olan tələbatın müəyyən qədər artması da var.

Bir çox OPEC üzvləri, habelə kənar istehsalçılar, o cümlədən Rusiya da bazar günü Qətərin paytaxtı Dohada keçiriləcək görüşdə iştirak edəcəklər.

Məqsəd istehsalın dondurulmasını, eyni səviyyədə saxlanmasını müzakirə etməkdir. ABŞ dollarının məzənnəsi son səkkiz ayda valyuta səbətinə nisbətdə özünün ən aşağı həddinə düşüb.

Aprelin 12-də Bakı vaxtı ilə 13:57-də Brent markalı xam neftin bir barrelinin qiyməti 34 sent qalxaraq 43,17 dollar olub. Bundan bir qədər əvvəl isə hətta 43,58 dollara çatıb. Texas markalı xam neftsə 23 sent bahalaşaraq 40,59 dollar olub.

Commerzbank-dan Eugen Weinberg-in sözlərinə görə, dolların zəifləməsi həqiqətən də mühüm səbəbdir.

Dünyada ikinci ən böyük benzin istehlakçısı olan Çində maşın satışının artması da neft qiymətlərinin artmasına səbəb olur. Üstəlik Küveytdə minlərlə neft və qaz işçisi bazar günündən etibarən tətilə çıxmağı planlaşdırır ki, bu da təsir faktorlarından biridir.

___________________________________________________________

Bunlara da bax:
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Prezident: «Son 10 ildə 1 milyon daimi iş yeri açılıb»

___________________________________________________________

"Bu tətilin uzun çəkib-çəkməyəcəyini, ixracata və daxili istehsala (o cümlədən emal müəssisələrinə) ciddi təsirinin olub-olmayacağını bilməsək də, bu vəziyyət indiki qiymətlər şəraitində körfəzdəki neft istehsalçılarının üzləşdiyi çətinlikləri əks etdirir," - deyə Petromatrix-in təhlilçisi Olivier Jakob qeyd edir.

Dünyada xam neft qiymətləri 2014-cü ilin ortalarından etibarən düşməyə başlayıb. Əgər OPEC ənənəvi olaraq neft istehsalının azaldılmasına təsir edirdisə 2014-cü ilin noyabrında o, bu rolundan imtina etdi və bu da neft qiymətlərinə öz mənfi təsirini göstərdi.

Bu həftə ABŞ-ın bazara çıxardığı xam neftin 2,8 milyon barrel artacağı gözlənilir, bu isə qiymətin yenidən düşəcəyini deməyə əsas verir.

__________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel proqramında

Cəbhədə atəşkəs 100 dəfə pozulub...
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Keçmiş səfir Matthew Bryza ABŞ-ı Qarabağla bağlı fəal olmağa çağırır...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel TV proqramında

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
"Yaxşı rektor olar, psixiatrdır..."

Buna da bax: Ekspert: "Qaza güvənmək olmaz"

Günün bütün mövzuları

XS
SM
MD
LG