Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Prezident: «Son 10 ildə 1 milyon daimi iş yeri açılıb»


►“Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanda islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb”.

Bu sözləri aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev deyib.

Prezident.az xəbər verir ki, ölkə başçısı inkişaf etmiş ölkələrin heç birinin neft və qaz ilə zəngin olmadığını vurğulayıb.

“Azərbaycan iqtisadi islahatların aparılmasında qətiyyətlidir”

“Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər. Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir” - deyən prezident ölkə üçün neft və qazdan asılılığın azaldılmasının, iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd edib.

O, son 10 ildə 1 milyondan çox daimi iş yeri açıldığını, regional infrastrukturun inkişaf etdirildiyini, sənaye potensialının yaradıldığını bildirib.

“Biznes və investisiya mühiti yaxşılaşdırılacaq ”

İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən ölkə başçısı biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını bildirib.

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

“İqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün Azərbaycan tam qətiyyətlidir” - deyə ölkə başçısı bildirib.

Mövzunu müzakirə, şərh edə bilərsiz

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, “Ernst and Young” şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və “Societe Generale” şirkətinin nümayəndəsi Teybə Quliyeva çıxış edərək müxtəlif təkliflər irəli sürüblər.

Habelə, “Holcim” şirkətinin nümayəndəsi Rosen Papazov, “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, “PWC” şirkətinin nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel də görüşdə öz fikirlərini dilə gətiriblər.

Azərbaycan müxalifəti isə prezidentin son 10 ildə bir milyon daimi iş yerinin açılması ilə bağlı dediklərinin reallığa söykənmədiyini bildirirlər. Üstəlik, onlar qeyd edirlər ki, hakimiyyət qapadılan iş yerlərinin statistikasını da gizli saxlayır.

__________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel radio proqramında

Cəbhədə atəşkəs 100 dəfə pozulub...
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Keçmiş səfir Matthew Bryza ABŞ-ı Qarabağla bağlı fəal olmağa çağırır...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel TV proqramında

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
"Yaxşı rektor olar, psixiatrdır..."

​Ölümündən əvvəl əsgərin ailəsindən istədikləri​

XS
SM
MD
LG