Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:08

►Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün Vəkillər Kollegiyasının iddiası əsasında məhkəmə prosesi başlayıb.

Bu işə Hərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə baxılır.

SƏHV SUBYEKT

Mayın 23-də keçirilən məhkəmə iclasında Müzəffər Baxışovun nümayəndəsi Səməd Rəhimli iddianın baxılmamış saxlanılması barədə vəsatət verib:

"Cavabdeh tərəf olaraq, hüquqi müəyyənlik prinsipinə cavab verən məhkəmə araşdırması hüququmuz var. İlk növbədə bu məsələ həll olunmalıdır. Müzəffər Baxışova qarşı bu iddia rəsmən hüquqi şəxs statusu olmayan, bu səbəbdən də mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmayan Vəkillər Kollegiyasının orqanı olan Rəyasət Heyəti tərəfindən qaldırılıb. Mülki Prosessual Məcəlləyə görə, ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilibsə, məhkəmə ərizəni baxılmamış saxlayır".

Müzəffər Baxışov özü də çıxışında deyib ki, ona qarşı iddianı səhv subyekt qaldırıb:

"Mülki prosessual qanunvericiliyə görə, hüquqi şəxsin iddia qaldırmaq üçün mülki prosessual qabiliyyət hüququ var, hüquqi şəxsin idarəedici orqanının belə hüququ yoxdur".

Məhkəmədə Vəkilər Kollegiyasını təmsil edən Şahmar Məmmədov isə vəsatətin əsassız olduğunu bildirib.

Hakim də elə yerində müşavirə edərək, vəsatətin təmin edilmədiyini bildirib. Amma hansı səbəbdən təmin olunmadığını əsaslandırmayıb.

PROSES ERTƏLƏNDİ

Səməd Rəhimli daha sonra məhkəməyə icraatın dayandırılması barədə yazılı ərizə təqdim edib. O bildirib ki, Müzəffər Baxışov özü də Vəkillər Kollegiyasına qarşı iddia qaldırıb və həmin ərizə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim olunub:

"Əgər 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi Müzəffər Baxışovun iddiası əsasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin onunla bağlı qərarını ləğv etsə, o halda, hazırki iddiaya baxılmasına zərurət qalmayacaq. Hər iki işin faktiki halları və əsasları eyniyyət təşkil edir. Ona görə də xahiş edirik, həmin iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul olunana kimi hazırkı işi dayandırasınız".

____________________________________________________________

Bunlara da bax:
"Azərbaycan istəməsə də, islahatlara məhkumdur"
Yalnız tibb təhsili alanlara möhlət hüququ veriləcək

____________________________________________________________

Vəkillər Kollegiyasının nümayəndəsi bu vəsatətin də təmin olunmamasını istəyib.

Hakim bildirib ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi bu gün (mayın 23-də) təqdim edilib. Ona görə də həmin məhkəmədə iddianın mümkünlüyü məsələsi həll olunana qədər - iyunun 1-nədək bu məhkəmə prosesi təxirə salınıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Müzəffər Baxışovun Kollegiyadan çıxarılması barədə 2016-cı il aprelin 1-də qərar qəbul edib. Həmin qərarın qəbul edilməsinə əsas Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın şikayəti olub.

“ƏSL SƏBƏB RAMİZ RZAYEV BARƏDƏ DEDİKLƏRİMDİR”

Müzəffər Baxışov isə AzadlıqRadiosuna bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin onun barəsində qərarı qanunsuz və əsassızdır:

"Mənimlə bağlı qərarda açıq şəkildə 17 noyabr 2015-ci ildə verdiyim müsahibədə Ali Məhkəmənin sədri Ramiz Rzayev barədə səsləndirdiyim fikirlərə istinad edirlər. Həmin fikirlərə görə vəkillik fəaliyyətimə xitam verilməsi faktiki ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Yəni özləri də təsdiqləyirlər ki, Kollegiyadan xaric olunmağımın əsl səbəbi Ramiz Rzayevin əməlləri barədə dediklərimdir. Həmin müsahibədə həmçinin məhkəmə sistemindəki qanunsuzluqları şərh etmişəm".

Müzəffər Baxışov qeyd edir ki, yerli məhkəmələrdən ədalətli qərar gözləmir:

"Ramiz Rzayev Ali Məhkəmənin sədridir, Məhkəmə-Hüquq Şurasının üzvüdür. Hakimlər də Məhkəmə Hüquq Şurasından asılıdır. Hakimlər barəsində intizam icraatını bu qurum başlayır. Bu baxımdan, Azərbaycandakı hakimlər çəkinərək, mənim barəmdə qanuni və ədalətli qərar qəbul etməyəcəklər. Amma mən yerli məhkəmələri keçdikdən sonra Avropa Məhkəməsinə müraciət edəcəyəm".

İndiyədək bir neçə vəkil, əsasən, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının “siyasi məhbus” kimi tanıdığı şəxsləri müdafiə edən vəkillər kollegiyadan uzaqlaşdırılıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

Günün bütün mövzuları

XS
SM
MD
LG