Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

-

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Haqları İnstitutu (IBAHRI) Bakı Apelyasiya Məhkəməsini vəkil Xalid Bağırovla bağlı ilkin instansiya məhkəməsinin qərarını ləğv etməyə çağırır. İnstitut avqustun 4-də yaydığı bəyanatda Apelyasiya Məhkəməsini çağırır ki, Nizami Rayon Məhkəməsinin bu il iyulun 10-da Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı verdiyi qərarı ləğv etsin.

Nizami rayon Məhkəməsi vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından xaric olunması haqda qərarı Kollegiyanın iddiası əsasında çıxarıb. Qurum ötən ilin dekabrında Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam vermişdi. Səbəb kimi onun Şəki Apellyasiya Məhkəməsindəki çıxışının “dövlətçiliyə qarşı olduğu, vəkilliyi nüfuzdan saldığı” göstərilib. Xalid Bağırovun vəkilliyinə xitam verən kollegiya məhkəməyə müraciət edib.

IBAHRI-nin yaydığı bəyanatda qeyd olunur ki, son aylar Azərbaycan Vəkillər Kollegiyası insan haqları müdafiəçiləri və fəallarını təmsil edən vəkilləri qurumdan uzaqlaşdırıb. “Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəalları və insan haqları müdafiəçilərinin təqib olunması barədə məlumatlar gəlir,” bəyanat bildirilir.

IBAHRI həmsədri Hans Corell Xalid Bağırovun və digər vəkillərin Kollegiyadan çıxarılmasından qurumun narahatlığını dilə gətirib:

“Bu, ölkədə vəkillərin müstəqilliyini, eləcə də Vəkillər Kollegiyasının öz üzvlərinin maraqlarını qorumaq bacarığını, hətta niyyətini sual altına salır. Cənab Bağırovun qanuni peşəkar borcunu yerinə yetirdiyinə görə hədəfə alındığı görünür. Vəkillər Kollegiyasının və Nizami Rayon Məhkəməsinin hərəkətləri cənab Bağırovun Azərbaycanda tanınmış insan haqları müdafiəçilərini müdafiə işini yarımçıq qoyub”.

Artıq Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayıb

Beynəlxalq Vəkillər Assosiasiyası 1947-ci ildə yaradılıb, Londonda yerləşir. Onun İnsan Haqları İnstitutu isə hüququn ədalətli aliliyi çərçivəsində insan haqlarının qorunması və gücləndirilməsi naminə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG