Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:19

MSK-dan Müsavatın boykot qərarına: "Namizədlər özləri bilərlər"


Arxiv fotosu
Arxiv fotosu

MSK-dan bildiriblər ki, səsverməyə 10 gün qalmış Müsavat Partiyasının bu qərarı qanunvericiliyə ziddir, indi bu partiyanın namizədləri özləri fərdi qərar verməlidirlər.

Mərkəzi Seçki Komissiyanın iclasında Müsavat Partiyasının noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtinası ilə bağlı müraciətə baxılıb. Partiyada ölkədə azad və ədalətli seçki üçün mühit olmadığını, çox sayda siyasi məhbusların azad edilməsi üçün tələblərinin qulaqardına vurulduğunu əsas gətirərərk bu qərarı verdiyini bildirir.

Natiq Məmmədov
Natiq Məmmədov

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, seçkilərdən imtina ilə bağlı səsverməyə 10 gün qalanda müraciət olunmalıdır:

“Müsavat Partiyasının isə addımları qanunvericiliyə ziddir. Səsvermə gününə 10 gün qalmış seçki bülletenləri çap olunur, bu müddətdən sonra isə namizədliyin geri götürülməsi seçiciləri çaşdıra bilər”.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

İndi belə çıxır ki, namizədlərin özləri seçkidən imtina ilə bağlı müraciətlərini Dairə Seçki Komissiyalarına təqdim etməlidirlər.

Artıq Müsavat başqanı Arif Hacılı və bir çox namizədlər bu haqda müraciətlərini DSK-lara göndəriblər.

İltizam Əkbərli
İltizam Əkbərli

Ancaq bu partiyadan 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərli seçkidə axıra qədər iştirak edəcəyini AzadlıqRadiosuna açıqca bildirib. Bundan başqa, Müsavatdan olan daha bir neçə namizədin imtina məsələsinə müsbət yanaşmadıqları ilə bağlı yerli saytlarda məlumatlar dolaşır.

Yada salaq ki, Müsavat Partiyasından 25 şəxsin namizədliyi qeydə alınmışdı. Onlardan 24-ü Müsavat partiyasının üzvüdür. Yalnız biri - keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov bu partiyanın üzvü deyil. Keçmiş nazir də seçkidə mübarizəsini davam etdirəcəyini bildirir.

Buna da bax: “Azərinşaat”ın işçiləri maaş tələbilə etiraz aksiyası keçirir

Partiyanın Nəzarət Təftiş Komutəsindən isə bildiriirirlər ki, onların namizədlərindən kim seçkidən geri çəkilməsə o Müsavatı təmsil edə bilməz.

Noyabrın 1-də keçiriləcək parlament seçkisində əksər müxalifət partiyaları iştirak etmirlər. Onlar bildirirlər ki, ölkədə azad və ədalətli seçki keçirilməsi üçün heç bir şərait yaradılmayıb, hakimiyyət bu seçkini kütləvi saxtalaşdırmağa ciddi hazırlıqlar görür.

Hələlik müxalifət qruplarından yalnız Real - Respublikaçı Alternativ-in namizədləri iştirak edir. Bu qurum da bir neçə gün əvvəl bəyanat yayaraq indi şəraitdə keçirilən seçkinin nəticələrini legitim tanımayacağını bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG