Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:00

-

Müsavat Partiyası parlament seçkilərində iştirakını dayandırdı. Bu barədə qərar partiyanın oktyabrın 29-da keçirilən divan iclasında verilib. Üç bənddən ibarət qərar belədir.

1. Müsavat Partiyası 1 noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirakını dayandırsın.

2. Siyasi məhbusların azad edilmədiyi, azad və ədalətli seçkilər üçün normal mühitin yaradılmadığı şəraitdə keçirilən seçkilərin nəticələrini həm yerli, həm də beynəlxalq ictimaiyyət tanımayacaq. Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin.

3. Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi İcra Aparatına tapşırılsın.

Qərarı Müsavat başqanı Arif Hacılı da öz «Facebook» səhifəsində paylaşıb.
Həmin açıqlamadan görünür ki, bu qərar verilərkən ciddi müzakirələrdən sonra bir sıra amillər nəzərə alınıb:

- Siyasi məhbusların həbsdən azad edilməyib;
- Seçki qanunvericiliyində demokratik islahatlar aparılmayıb;
- Seçki komissiyaları hakimiyyətin tam nəzarəti altındadır;
- Namizədlər arasında ayrı-seçkiliyə yol verilir;
- Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edilib;
- namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və seçicilərə qarşı zorakılıqlar törədilib;
- Bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb;
- Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtı verilməyib;
- ATƏT-in Müşahidə Missiyası ölkəyə buraxılmayıb;
- Seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin verdikləri qanunazidd qərarlar davam edir;
- Seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimad qalmayıb...

Günün bütün mövzuları

XS
SM
MD
LG