Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 07:17

Müəllimlərdən orduya pulu kim yığır?


Arxiv fotosudur: Cəlilabadın Muğanlı kəndində sinif otağı.
Arxiv fotosudur: Cəlilabadın Muğanlı kəndində sinif otağı.

.

Təhsil Nazirliyi təşəbbüsün pedoqoji kollektivlərdən gəldiyini deyir

Müəllimlərin məvacibindən orduya yardım adı ilə əlavə vəsait tutulduğu bildirilir.

ANSPRESS-in xəbərinə görə, Qaraçuxur qəsəbəsindən, Gəncə şəhərindən bununla bağlı şikayətlər daxil olub.

Şikayətlərdə vurğulanır ki, müəllimlərin maaşlarından bəzən 1, bəzənsə 2 faiz pul tutulur. Bu vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna yığıldığı bildirilsə də, müəllimlər buna inanmır.

Gəncə şəhərindəki məktəblərin birinin müəllimi deyir ki, bütün məktəblərdə vəsaitlərin yığılmasına başlanıb:

«Hal-hazırda bütün məktəblərdə belə bir kampaniya başlayıb ki, maaşdan ən azı 2 və 3 manat yığılır. Bizə deyiblər ki, bu vəsait orduya dəstək məqsədilə yığılır».

Ərizə
Ərizə

Təhsil Nazirliyi xəbərləri təkzib etməyib. Nazirliyin mətbuat xidmətindən son günlərdə orduya dəstək məqsədilə təhsil kollektivlərinin özlərinin təşəbbüs irəli sürdüyünü bildiriblər. Təşəbbüslərdən biri də müəllimlərin öz əmək haqlarından müəyyən hissənin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi ilə bağlı olub.

«Təhsil Nazirliyi bunun qanunvericilik çərçivəsində könüllülük prinsipinə uyğun birdəfəlik edilməsini tövsiyə edib. Bir daha bildirmək istəyirik ki, bu, güclü və yüksək təminatlı Azərbaycan Ordusuna xalqın sevgisinin paylaşımı və könüllü yardımlaşmasının nişanəsidir. Bununla bağlı hər hansı bir məcburetmə halı yolverilməzdir. Əgər hər hansı bir təhsil işçisi buna məcbur edilərsə, Təhsil Nazirliyinin «Qaynar xətt»inə müraciət edə bilər» - deyə mətbuat xidmətindən vurğulayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, silahlı qüvvələrin təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Bu günlər Azadlıq Radiosuna da oxşar şikayətlər gəlmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG