Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:26

'MTN polkovniki' əvvəlсə özünə forma tikdirib


Təcridxana binası
Təcridxana binası

"Dedi ki, Akif Çovdarovun adamıyam..."

"Mən bu qadını tanımırdım. Bir gün müştəri kimi dərziyə gəldi. Yanında iki nəfər də oğlan var idi. MTN forması tikməyimi istədilər. Dedim ki, köhnə formanı gətirsinlər, ona baxıb tikim. Dedilər ki, “evdədir”, inandırdılar ki, təcili işə düzəlməlidir, ona görə lazımdır”

Özünü "MTN polkovniki" kimi təqdim etməklə xeyli adamı aldadıb, pulunu mənimsəməkdə təqsirləndirilən, məhkəməyə də xərəkdə gətirilən Məlahət Əsgərzadənin işində bir sıra maraqlı məqamlar üzə çıxıb. Məhkəmədə onun üçün "MTN forması" tikən dərzidən tutmuş, Polşa səfirliyində işə düzəltməyi vəd etdiyi adama qədər müxtəlif şəxslər ifadə veriblər.

“O GÜNDƏN DƏ YOXA ÇIXDI”

M. Əsgərzadə üçün MTN formasını Ucar rayonunda dərzi işləyən Blaqadar Səmədov tikib.

Göyçayda parfümeriya mağazasında satıcı işləyən Elvin Xəlilov deyir ki, mağazaya müştəri kimi gəlib-gedən bu qadın ondan səfirlikdə işə düzəltmək adı ilə 2 min manat alıb.

Başqa bir zərərçəkmiş Zaur İsmayılov isə "İnterpolda işləyən qadın" kimi tanıdığı M. Əsgərzadəyə hərbi xidmətdən qayıtmış oğlunu işə düzəltmək üçün pul verdiyini deyir:

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

"Dedilər ki, özünə şəxsi sürücü axtarır. İnandım. Pul göndərmək üçün Məhəmməd adlı bir nəfərin bank hesabını verdilər - Məlahətin köməkçisi idi. 950 dolları onun hesabına köçürdüm. Elə həmin gündən də yoxa çıxdı".

“MTN FORMASI TİKMƏYİMİ İSTƏDİLƏR”

Dindirilən zərərçəkmişlər deyir ki, M.Əsgərzadənin MTN forması geyinməsi, rayonlarda vəzifəli şəxslərlə əlaqədə olması onları inandırıb.

Satıcı işləyən Elvin Xəlilov: «Mağazaya müştəri kimi gəlib-gedən bu qadın məndən səfirlikdə işə düzəltmək adı ilə 2 min manat alıb».

Məhkəmədə o da məlum olub ki, M. Əsgərzadə üçün MTN formasını Ucar rayonunda dərzi işləyən Blaqadar Səmədov tikib. O da məhkəmədə şahid kimi dindirilib və formanı necə tikdiyini danışıb: "Mən bu qadını tanımırdım. Bir gün müştəri kimi dərziyə gəldi. Yanında iki nəfər də oğlan var idi. MTN forması tikməyimi istədilər. Dedim ki, köhnə formanı gətirsinlər, ona baxıb tikim. Dedilər ki, evdədir, inandırdılar ki, təcili işə düzəlməlidir, ona görə lazımdır. Düşündüm ki, cavan uşaqlardır, işə düzəlirlər, mən də kömək eləyim. Parçanı özüm aldım, ümumi qiyməti 130 manata danışdıq. Ölçüləri və formasını mənə izah elədilər. 60 manat da əvvəldən verdilər. Paltarı aparandan bir gün sonra gəldilər ki, idarə bu geyimi qəbul etmir. Pulu geri istədilər. Mən də parçanın pulunu aldım, 25 manat eləyirdi. Bir müddət sonra qadınla gələn oğlanlardan biri mənə zəng eləyib dedi ki, qadın onu aldadıb 1500 dollarını alıb. İşə düzəltmək adıyla alıbmış ondan. Bir qədər keçəndən sonra bu qadın yenə zəng elədi, bu dəfə hərbi forma tikməyimi istədi. Keçən dəfə olanlara görə bu dəfə imtina elədim".

Buna da bax: Məhkəməyə xərəkdə gətirilən 'MTN polkovniki'

Həkim: «Soruşdum ki, 'niyə MTN-nin hospitalına getmirsiz?' Məni hədələdi ki, 'deyəsən, başını ağrıtmaq istəyirsən'»

“EHTİYAT ELƏDİM”

Sərvər Hüseynov adlı həkim də məhkəmədə dindirilib. Həkim deyir ki, M.Əsgərzadə xəstəxanaya gəlib, özünü MTN-nin Cinayət-Axtarış Şöbəsinin rəisi kimi təqdim edib və onu hədələyib: "Xəstəxanaya gəlib məndən işçiləri müayinədən keçirməyimi istədi. Formada olmağı məni aldatdı. Soruşdum ki, “niyə MTN-nin hospitalına getmirsiz?” Məni hədələdi ki, "deyəsən, başını ağrıtmaq istəyirsən". Açığı, mən də ehtiyat elədim. Çünki deyirdi ki, Akif Çovdarovun adamıyam. Gətirdiyi adamları rentgendən keçirdim..."

Məhkəmə sentyabrın 8-də davam edəcək.

Buna da bax: Təsdiqləndi: MTN-in polkovniki həbsxanada özünü asıb

Əvvəllər dörd dəfə məhkum olunmuş 58 yaşlı M. Əsgərzadə sonuncu dəfə həbsdən əvvəl avtomobil qəzası keçirib, nəticədə hərəkət qabiliyyətini itirib. Ona CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham verilib.

Akif Çovdarov ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisidir. Çovdarov ötən il noyabrın 15-də həbs edilib və ona Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG