Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

Təsdiqləndi: MTN-in polkovniki həbsxanada özünü asıb


MTN-nin binası
MTN-nin binası

-

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında son hadisələr zamanı həbs olunanlardan biri, polkovnik İlqar Əliyev intihar etdiyi deyilir.

"Qafqazinfo"nun bu barədə yaydığı məlumatda bildirilir ki, hadisə dekabrın 20-də baş verib. MTN- in Antiterror Mərkəzinin sabiq rəis müavini Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı nə təsdiq, nə də təkzib edib. O, xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətə müraciət etməyi məsləhət görüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov da məlumatı təkzib etməyib. Bildirib ki, yaxın dəqiqələrdə bu barədə rəsmi açıqlama yayılacaq.

İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə isə APA- ya açıqlamasında bildirib ki, hadisə barədə mətbuatdan xəbər tutub. Müdafiəçi məsələni araşdırmaq üçün istintaq təcridxanasına gedib.

Başqa bir məlumata görə, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da hazırda Bakı istintaq təcridxanasındadır və onlar hadisə yerində araşdırma aparır.

Oktyabrda həbs olunan İlqar Mustafa oğlu Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.

İlqar Əliyevin adı həmçinin jurnalist Pərviz Həşimlinin həbsində hallanırdı. Jurnalist həbsinə görə onu ittiham edirdi.

APA informasiya agentliyinin məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG