Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:40

Prezident İlham Əliyev növbəti dəfə Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Bu barədə qərar MOK-un Hesabat-Seçki Konfransında verilib.

Qapalı keçirilən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-a danışıb.

Buna da bax:​ MOK: 'Avropa Oyunları Festivalı az məbləğə başa gələcək'

O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər.

“İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bugünkü nailiyyətimizə təkan verən insandır”, nazir qeyd edib.

Dekabrın 1-də MOK-un vitse-prezidentlərinin, baş katibinin, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlərinin də adları açıqlanacaq.

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb.

Buna da bax: Böhran dövründə idmançıya $255 min mükafat vermək düzgündür?

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan milli komitələrə sahib olan ölkələr Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır.

İlham Əliyev 19 ildir MOK-a başçılıq edir.

2016-cı ilin Yay Olimpiya Oyunlarında 18 medal qazanan Azərbaycan idmançılarının 60 faizi legionerlərdən ibarət idi. Olimpiadada iştirak edən 56 idmançının 34 nəfəri başqa ölkələrin yetişdirdiyi idmançılar olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG