Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:48

Maşın bazarını necə "diriltməli"?


►Qubad İbadoğlu düşünür ki, idxalda tətbiq olunan yüksək rüsum və aksiz dərəcələri aşağı salınmalıdır

Bu ilin ilk aylarında ölkəyə avtomobil idxalında kəskin azalma müşahidə olunur. Yanvar-fevralda cəmi, 737 minik avtomobili, 9 ədəd isə avtobus idxal olunub.

Ölkəyə orta hesabla hər ay 369 minik avtomobili gətirilib. Bu, ötən ilin orta aylıq göstəricisindən 5, 2014-cü ilin eyni göstəricisindən isə 13 dəfə azdır.

Avtomobil bazarındakı acınacaqlı durumun başlıca səbəbi...

Avtomobil idxalındakı kəskin azalmanın səbəblərini şərh edən iqtisadçı-ekspert bunu heç də, Naxçıvanda yığılan NAZ-Lifanın ötən ilin sonundan məşhurlaşması ilə izah etmir. İqtisadçı bu haqda özünün facebook səhifəsində yazır:

“Avtomobil bazarında yaranmış acınacaqlı vəziyyətin başlıca səbəbi iqtisadiyyatda durğunluqdur. Bu səbəbdən də avtomobil dilerləri və bu bizneslə fərdi məşğul olan sahibkarlar, hazırkı böhrandan ən çox ziyan çəkənlər sırasındadır”

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Q. İbadoğlu bildirir ki, avtomobil idxalı biznesi ilə məşğul olanların hamısı zərərlə fəaliyyət göstərirlər.

O, qeyd edir ki, Azərbaycanın Formula -1 Qran Pri yarışlarına ev sahibliyi etdiyi zamanda avtomobil bazarında müşahidə olunan satış probleminin həlli “üfüqdə belə görünmür ”.

Bəs, çıxış yolu nədədir?

Qubad İbadoğlu deyir ki, yeganə çıxış yolu alıcılıq qabiliyyətinin bərpa olunması üçün yeni və istifadə olunmuş avtomobillərin münasib qiymətlərlə satışını təşkil etməkdir. Bu da yalnız, uzunmüddətli, aşağı faizli kreditləşmə yolu ilə mümkündür:

“Avtomobil idxalı üçün hazırda tətbiq olunan yüksək rüsum və aksiz dərəcələri aşağı salınmalıdır. Əks təqdirdə, avtomobillər dəyərlərini itirəcək, ölkənin avtomobil parkının yenilənmə sürəti aşağı düşəcək. Bunun nəticəsindən həm insanlar, həm də təbiət ziyan çəkəcək. Ölkədə, xüsusilə də Bakı şəhərində ətraf mühiti daha çox çirkləndirən maşınların sayı artaraq ekoloji problemləri gücləndirəcək ”

Buna da bax: Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG