Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Bu, məşhur idman şərhçisi Kote Maxaradzenin qızıdır...


Maka Makharadze və ailəsi
Maka Makharadze və ailəsi

Mənim böyük gürcü ailəm

Maka Maxaradze Sovet İttifaqında çoxlarının yaxşı tanıdığı məşhur idman şərhçisi, özünəməxsus səsi ilə futbol həvəskarlarını cəlb edən Kote Maxaradzenin qızıdır.

Maka Maxaradze Opera və Balet Teatrının keçmiş solistidir. Atasının yaşadığı zamandan bu yana Gürcüstanla Rusiya arasında çox şey baş verib. Bir vaxt qardaş olan bu iki ölkənin münasibətlərini indi ağrı-acı sarıb. Xüsusilə də 2008-ci ilin avqustundakı müharibədən sonra.

Buna da bax: Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...

Ona görə də Maka Maxaradze indi Moskvaya səfər edərkən özü üçün böyük psixoloji əngəli aşmalı olur. O, yaxınlarının və dostlarının Rusiya barəsində hansı fikirdə olduqlarını yaxşı başa düşür.

Maka Maxaradze indi Moskvaya səfər edərkən özü üçün böyük psixoloji əngəli aşmalı olur.

İndi Gürcüstanın Rusiya ilə normal diplomatik münasibətləri belə yoxdur. Rusiya Gürcüstan üçün birtərəfli qaydada viza rejimi tətbiq edən bir dövlətdir. 2000-ci ildə Rusiya Gürcüstana qarşı viza rejimi tətbiq edib. 2008-ci il sentyabrın 2-də isə Cənubi Osetiyaya görə Gürcüstanla Rusiya arasındakı qısa müharibəyə görə tərəflər arasında diplomatik münasibətlər pozulub. Amma Gürcüstan 2012-ci ilin fevralından Rusiya vətəndaşlarına qarşı viza rejimini birtərəfli qaydada ləğv edib.

Buna da bax: Ucuz biletlər Gürcüstana turist axınını artırıb

Gürcüstan 2012-ci ilin fevralından Rusiya vətəndaşlarına qarşı viza rejimini birtərəfli qaydada ləğv edib.

Rusiya ilə Gürcüstan arasındakı bu cür münasibətlərə baxmayaraq, Maka Moskvada keçiriləcək uşaq rəqs festivalına gedir.

«İmperiyadan sonra»...

AzadlıqRadiosu-nun Rusiya redaksiyasının «İmperiyadan sonra» seriyasından olan ikinci filminin süjeti sovet keçmişi ilə vidalaşmaq mövzusunu davam etdirir. Sənədli novella janrında olan film Gürcüstan haqdadır. Gürcüstan o ölkədir ki, SSRİ-nin dağılmasından sonra iki müharibədən məğlub çıxıb. Abxaziya və Cənubi Osetiyadan 200 mindən artıq qaçqına qucaq açıb, müharibələr nəticəsində ərazisinin dörddən birindən məhrum olub.

Buna da bax: Saakashvili: «Putin mütləq məğlubiyyətə uğrayacaq»

AzadlıqRadiosu-nun «İmperiyadan sonra» seriyasından olan 2-ci filminin süjeti sovet keçmişi ilə vidalaşmaq mövzusunu davam etdirir.

Filmin qəhrəmanları Maka Maxaradzenin qohumları və yaxınlarıdır. Onlarla Tbilisidə görüş Gürcüstanın müstəqillik gününə təsadüf edirdi. Bu bayram günündə paytaxtda xalq gəzintiləri olur. Hərbi xidmətə çağırılanlar Azadlıq meydanında hərbi and qəbul edir, öz vətənlərinə sadiq qalacaqlarına and içirlər.

Makanın özünün bir rəqs studiyası da var. Onun ailəsini bütün Gürcüstan tanıyır. Qardaşı Temur Çxeidze Tbilisidə tamaşalar səhnəyə qoyur. O, əvvəllər Peterburqda Tovstonoqova adına Böyük Dram Teatrına rəhbərlik edib.

Buna da bax: Moskva Gürcüstanla yeni müharibəyə hazırlaşır?

Makanın özünün bir rəqs studiyası da var. Onun ailəsini bütün Gürcüstan tanıyır.

Makanın qızı Nato Murvanidze ölkənin məşhur kino və teatr aktrisasıdır. Natonun atası Teymuraz Murvanidze Sovet İttifaqı dövründə Leninqraddakı Kirov adına Teatrın baş rəssamı işləyib. Bu böyük yaradıcı ailənin üzvlərinin hərəsi Avropaya can atan və Moskvadan yaxşı bir şey gözləməyən öz ölkələri haqda özünəməxsus düşünür.

Buna da bax: Rusiya-Gürcüstan müharibəsindən fotolar

2008-ci il müharibəsindən sonra Gürcüstan əhalisinin çoxu Rusiyanı təcavüzkar ölkə kimi qəbul edir. Müharibə nəticəsində Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Həmin müharibədə Gürcüstan 228 mülki, 184 hərbi qulluqçusunun öldüyünü və ya itkin düşdüyünü bildirib. Müharibə nəticəsində hər iki tərəfdən on minlərlə mülki şəxs evlərindən didərgin düşüb. Minlərlə Cənubi osetiyalı evsiz qalıb. 25 minə yaxın gürcü isə Cənubi Osetiyadakı öz evlərinə qayıda bilməyib.

Buna da bax: 5 günlük müharibə [interaktiv timeLine]

2008-ci il müharibəsindən sonra Gürcüstan əhalisinin çoxu Rusiyanı təcavüzkar ölkə kimi qəbul edir.

İndi rus dili də tədricən gürcülərin ünsiyyətindən çıxır. Gürcüstanlı gənclər xarici dildə danışarkən ingilis dilinə üstünlük verir, Qərbdə oxumağa çalışırlar. Onlar fəxr edirlər ki, ölkələri yavaş-yavaş və iztirablı olsa da, öz sovet keçmişi ilə vidalaşa bilir.

Gürcülərin əsas milli bayramı 1918-ci ildə menşevik hökumətin elan etdiyi və hər il mayın 26-da qeyd olunan Müstəqillik Günüdür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG