Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

«Azərbaycanda üç il ardıcıl şəkildə seçki keçirilir. Yəni, beş illik prezidentlik müddətinin üç ili seçkiyə həsr olunur. Hər seçkinin təşkil edilməsinə bir il vaxt sərf olunur. Ona görə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması təklifi təqdirəlayiqdir».

«Report»un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Buna da bax - 'İlham Əliyev hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki...'

S.Novruzov qeyd edib ki, prezidentin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkənin maraqları baxımından faydalıdır: «Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır».

YAP funksioneri deyib ki, ayrı-ayrı ölkələrdə dövlət başçılarının səlahiyyət müddətləri müxtəlif cürdür: «Ümumiyyətlə, demokratik ölkələrdə prezidentin səlahiyyət müddəti 4 ildən 7 ilə qədər olur. Məsələn, Fransada prezidentin səlahiyyət müddəti 7 ildir. Bu, referendumla tənzimlənən məsələdir. Burada xalq seçim edir, təyinat deyil ki...».

Buna da bax: 'Monarxiya qurulur' - Arif Hacılı

YAP icra katibinin müavini deyib ki, müxalifətin nəzərdə tutulan dəyişikliklərə etirazını başa düşmür.

Dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Aparıcı müxalifət partiyaları bu dəyişikliyi Azərbaycanda cümhuriyyət sistemindən monarxiya sisteminə keçid kimi dəyərləndirib. Müxalifətin fikrincə, prezident bununla ailə üzvilərini hakimiyyətin özündən sonrakı yüksək pillələrinə gətirmək istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG