Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:02

'Monarxiya qurulur'


Arif Hacılı
Arif Hacılı

«Görünür, hakimiyyət mövcud qanunvericiliyi kifayət qədər ciddi avtoritar, monarxist rejim qurmaqdan ötrü yetərli hesab etmir. Ona görə də Konstitusiyada dəyişikliklər etmək qərarına gəlib. Hakimiyyət ölkədə monarxiya rejimi qurmağa, hətta 5 ildən bir saxta seçkilər keçirərək özlərinə problem yaratmamağa çalışır».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı Konstitusiyaya yeni dəyişikliklər təklifini şərh edərkən bildirib.

Konstitusiyada nələr necə dəyişir -

AİLƏDƏN KƏNAR NAMİZƏD OLMASIN

Arif Hacılı prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması və prezident seçilmək üçün qoyulan 35 yaş məhdudiyyətinin götürülməsini ailədən kənar namizədlərin qarşısının alınması kimi dəyərləndirir: «Hakimiyyət ailədən kənar şəxslərin yaş həddi və digər məsələlərlə bağlı namizəd axtarışlarını belə əngəlləməyə çalışır. Faktiki olaraq, öz gücünü diktə edir, cəmiyyəti bu yolla tamamilə əzməyə, cəmiyyətdə gələcəkdə demokratik inkişafa ümidsizlik, çıxılmazlıq əhval-ruhiyyəsi yaratmağa çalışır».

İyulun 19-da Müsavat Partiyası bu məsələni növbədənkənar toplantısında müzakirə edəcək: «Biz buna qarşıyıq. İndiki antidemokratik, xalqın iradəsini müəyyən edəcək seçki sisteminin mövcud olmadığı şəraitdə belə bir referendumun keçirilməsinə etiraz edəcəyik, bunun qarşısını almağa çalışacağıq», - deyə Müsavat başqanı bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG