Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:28

"İndiki subsidiyalar varlıların sərvətini bir az da artırır”


İllüstrasiya
İllüstrasiya

►Kənd Təsərrüfatı Nazırliyi aqrar sektorun subsidiyalaşdırılmasına dair yeni təkliflərini tamamlamaqdadır, ancaq onların mahiyyəti barədə bilgi vermir

Ötən həftə Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artırılması məsələsinə toxunub və "hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti” aparmağın vacib olduğunu deyib.

Dövlət başçısının fikrincə, belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək.

Subsidiya ayırarkən əkin sahəsi əsas götürülür

2007-ci ildən bəri bitkiçiliyə yardım zamanı əkin sahəsi əsas götürülür və hər hektara görə istehsalçıya 50 manat ödənilir. Buğda və çəltik yetirənlər, əlavə olaraq, 40 manat da alırlar.

Bundan başqa, süni mayalandırma yolu ilə alınan qaramalın sayına görə fermerlərə 100 manat ödənilir.

Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, yeni təkliflər bəzi dövlət qurumları ilə razılaşdırılandan sonra təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək.

Təkliflərin mahiyyəti açıqlanmır.

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

“Vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar”

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov subsidiyaların təyinatında beynəlxalq təcrübədən yararlanmağı qaçılmaz sayır. O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, bundan ötrü, ilk növbədə, kənd təsərrüaftı istehsalçıları vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar:

“Azərbaycanda kənd təsərrüfatı istehsalçıları torpaq vergisindən başqa bütün digər vergilərdən azaddır. Avropa ölkələrində subsidiyadan yalnız vergi ödəyicisi olan fermerlər yararlana bilirlər”.

Ekspertin fikrincə, subsidiyaların verilməsinə yanaşma dəyişdirilirsə, o zaman əsas meyar əmtəəlik, yəni satış üçün nəzərdə tutulan məhsul olmalıdır. Bu günsə hökumət, əsasən, kənd təsərrüfatı sektorunda qeyri-səmərəli biznesi stimullaşdırır. Başqa sözlə, məhsulun çeşidini, məhsuldarlıq və keyfiyyət göstəricilərini nəzərə almadan hektar hesabı ilə subsidiya verir. Nəticədə fermer tənbəlləşdirilir.

İndiki subsidiya sistemi kimləri zənginləşdirir?

V. Məhərrəmli deyir ki, indiki subsidiya sistemindən iri torpaq sahibləri - oliqarxlar qazanırlar. Məsələn, “Gilan Holdinq”in istifadəsində 30 min hektar torpaq sahəsi, başqa məmurların da üzümlükləri, geniş meyvə bağları var:

“Onlar bir çox hallarda yetişdirilən məhsuldan elə öz müəssisələrində yararlanırlar. Nəticədə indiki subsidiyalar varlıların sərvətini bir az da artırır”.

Kənd Təsərrüfatı Nazirliyi ayrı-ayrı fermer və təsərrüfatlara ödənilən subsidiyalara dair hesabatları açıqlayır. Bu hesabatlara görə, təkcə Gilan Şirkətlər Qrupuna aid təsərrüfatların Qəbələ rayonu ərazisində 4 min 150 hektar torpaq sahəsi var. Bu rayonda əkin altında olan hər beş hektar torpağın 1 hektarı bu holdinqə məxsusdur.

Bu il dövlət büdcəsindən kənd təsərrüfatına 186 milyon 200 min manat subsidiya ayırmaq nəzərdə tutulub.

Buna da bax: Bakıda kütləvi bayraq satışı...

Bakıda kütləvi bayraq satışı...
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG