Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

-

«Həyətdə təndir var. Səhər saat 5-in yarısında durub qalayırıq. Çörək bişiririk, sübhdən mağazalara çörək paylayırıq. Bir neçə qonşu kəndə də bu təndirin çörəyindən aparırıq. Tez-tez işıqları söndürürlər, səhər sübhdən alatoranlıqda işıqsız bu işləri görə bilmirik. O gecə ki, işıq olmur, çörək də bişirə bilmirik».

«QOLLARIMI ÇİRMƏLƏYİRƏM, İŞIQLAR SÖNÜR»

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakini Mirzə İsmayılovun qazancı həyətindəki təndirdən çıxır. Həm də tək onun yox, elə qonşuluğunda yaşayan daha dörd ailənin də gözü bu təndirə dikilib. Ancaq qəsəbədə işıqların tez-tez sönməsi beş ailənin dolanışığına mənfi təsirini göstərir.

İşığın kəsilməsi təkcə ruzisi təndirdən çıxan bu beş ailəni narahat etmir. O gün ki, işıqlar kəsildi, kəndin dərzisi İsa kişinin də ovqatı da təlx olur. Elektriklə işləyən paltartikən maşını və sifarişləri kənara atır:

«Məni hamı tanıyır. Qonşu kəndlərdən də yanıma gəlirlər. Bir də görürsən, qollarımı çırmalayıb həvəslə işə başlayıram, işıqlar sönür. Bu kəndin işıq problem həllini tapmadı ki, tapmadı…».

«ARTEZİAN QUYUSUNUN DA İŞIĞINI KƏSİRLƏR»

Afiq İskəndərov sahibkardır. Kənddə açdığı müxtəlif iaşə obyektlərindən, azı, yüz ailənin aylıq dolanışığı çıxır. Ancaq deyir, «Azərişıq»ın tez-tez obyektlərin işıqlarını söndürməsi adamları ruzisiz qoyur:

«Prezident deyir, «sahibkarları incitməyin, onlara dəstək olun», bunlarsa gəlib işığı kəsib, yüz ailəni ac qoyub, gedirlər. Uzun illərdir fermer təsərrüfatı ilə məşğul oluram. Kreditlər götürüb müəyyən iş yerləri açmışıq. Mövsümi işlər olsa da, yüzə yaxın ailə çalışır, evinə çörək aparır. İmkan vermirlər. Elə bil, qəsdimizə dayanıblar. Ya işığı kəsirlər, ya başqa yollarla əngəllər yaradırlar. Tez-tez işıqları kəsirlər. Öz qazancımızla bulaq tikmişik, kənddəki 1 saylı orta məktəbə su çəkmişik. Artezian quyusunun da işığını kəsirlər».

Goranboy Elektrik Şəbəkəsindən «Qaynar xətt»ə bildiriblər ki, Qızılhacılı qəsəbəsində elektrik enerjisinin istifadəsinə görə borcu ödəməyən abonentlərə xəbərdarlıq olunur və elektrik enerjisinin verilişi dayandırılır. Afiq İskəndərovun sahibi olduğu obyektlərin də işığa borcu olub.

Ancaq sakinlər təklif edirlər ki, borclarını hissə-hissə ödəsinlər. Əvəzində isə işıqları söndürülməsin.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG