Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:07

İstanbulda Yenikapı mitinqi gözlənilir


İstanbulda Yenikapı mitinqi hələ başlamayıb, 7.08.2016
İstanbulda Yenikapı mitinqi hələ başlamayıb, 7.08.2016

Avqustun 7-də yerli vaxtla saat 17-də İstanbulda Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə Yenikapı mitinqi keçiriləcək. Məqsəd iyulun 15-də həlak olanları anmaq və demokratiyaya dəstək verməkdir.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

Mitinqə prezident Recep Tayyip Erdoğan, baş nazir Binali Yıldırım, eləcə də müxalifət partiyaları CHP və MHP liderləri Kemal Kılıçdaroğlu və Devlet Bahçeli de qatılacaqlar. Bu iqtidar və müxalifət liderlərinin birgə qatılacağı ilk kütləvi aksiya olacaq.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Mitinqə gələnlərə 5 milyon su və 2,5 milyon bayraq paylanılacaq.

NTV-nin məlumatına görə, tədbirdə 3-5 milyon vətəndaşın iştirakı planlaşdırılır. Vətəndaşların aksiyaya gələ bilməsi üçün 7 min avtobus və 204 qayıq ayrılıb.

Aksiyada təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirilib. Mitinqə gələnlərin 165 nöqtədən dedektorlarla yoxlanılaraq buraxılacaqları deyilir.

Buna da bax: Türk yazıçısı: Türkiyədə iki şər qüvvə toqquşub

Aksiya üçün 60 metrlik səhnə qurulub.

Mitinqə gələnlərə 5 milyon su və 2,5 milyon bayraq paylanılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG