Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Benjamin Netanyahu İsraildə məscidlərdən səslənən azana məhdudiyyət qoyulmasına dair parlamentin qanun layihəsini müdafiə edib.

Müşahidəçilər bu qanun layihəsini dini azadlıqlara təhlükə sayırlar.

Mənasız təfriqə?

Benjamin Netanyahu Avropada müəzzinlərin səs gücləndiricilərindən istifadəsinə qoyulmuş qadağalardan bəhanə kimi yararlanaraq, öz ölkəsində gündə beş dəfə səslənən azan səsini susdurmağa çalışır. Qanun layihəsinin müzakirəsi zamanı Netanyahu belə bir addımı dəstəkləyəcəyini bildirib. Çox sayda israilli bu qanun layihəsinin "mənasız yerə təfriqə yaratdığını" düşünür.

Buna da bax:​ İsrailə hökumətlə bağlı suallar var

"Mən sayını bilmirəm, amma İsrail cəmiyyətinin bütün hissələrini, fərqli dinləri təmsil edən çox sayda vətəndaş mənə müraciət edərək... gələn güclü səsdən narahat olduqlarını deyir", - Netanyahu-nun sözləridir.

“Bu qanun layihəsinin tək məqsədi...”

Rəsmilər qanun layihəsinin bütün ibadət yerlərinə şamil ediləcəyini desələr də, bir çox israilli onun məxsusi məscidləri hədəfləyəcəyini düşünür. Fələstin icmasının böyük olduğu Şərqi Qüdsdə günboyu müəzzinlərin səsi eşidilir.

"Bu populist qanun layihələri silsiləsinin məqsədi ərəb əhaliyə qarşı nifrət və təfriqə mühiti yaratmaqdır", - Birləşmiş Siyahı Alyansının lideri və parlamentin müxalifətdən olan üzvü Aymen Odeh "The Times of Israel" qəzetinə belə deyib və fikrini davam etdirib: "Səsə dair qanunlar... var və onlar da məscidlərə şamil olunur. Beləliklə, aydındır ki, bu qanun layihəsinin tək məqsədi məscidləri problem mənbəyi kimi göstərməkdir. Bu, müsəlmanların dini azadlıqlarına aşkar hücumdur. Bu, baş nazirin başçılıq etdiyi təqib dalğasının da davamıdır".

Buna da bax:​ İsraillə Türkiyə razılaşma əldə edib

İsrail Demokratiya İnstitutundan Nasreen Hadad Haj-Yahya yazır ki, bu qanun layihəsinin "əsl məqsədi səsin qarşısını almaq yox, bütün cəmiyyətə və yəhudilərlə ərəblər arasında sağlam reallıq ortamı yaratmaq cəhdlərinə ziyan vuracaq səs-küy yaratmaqdır". Tərəfsiz beyin mərkəzi sayılan İsrail Demokratiya İnstitutu sözügedən qanun layihəsinin ən üzdə olan əleyhdarlarındandır.

Ən sağçı hökumət?

Əksəriyyəti müsəlman olan ərəblər İsrail əhalisinin 20 faizidir. Bir çoxları hökuməti onları ayrıseçkiliyə məruz qoymaqda günahlandırır.

Buna da bax:​ Azan kimi narahat edir?

Netanyahu İsrailin bu vaxtadək mövcud olmuş ən sağçı hökumətinə başçılıq edir. O, ötən həftəsonu bir daha keçmiş baş nazir Yitzhak Rabin-in qətlində əli olmasına dair ittihamlara cavab verməyə məcbur qalıb. Netanyahu Yitzhak Rabin-in 21 il öncə yəhudi ekstremisti Yigal Amir tərəfindən öldürülməsini "hər birimizin qınadığımız şokedici siyasi qətl" adlandırıb.

"Bu qətldən bəri davamlı şəkildə tarixi həqiqəti təhrif etmək və məni bu qətli qızışdırmaqda ittiham etmək cəhdləri ilə üzləşmişik", - Netanyahu “Facebook”da belə yazıb. O, Rabin-ə qarşı bəyanatları qınayan öz çıxışlarının videolarını da paylaşıb. Baş nazirin qətlindən cəmi bir neçə həftə öncə Rabin ozamankı xarici işlər naziri Shimon Peres və Fələstin lideri Yasser Arafat-la birgə 1994-cü il Nobel sülh mükafatına layiq görülmüşdü.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG