Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

İsraillə Türkiyə razılaşma əldə edib


Türkiyə və İsrail bayraqları (kombo)

Türkiyə və İsrail bayraqları (kombo)

-

İsraillə Türkiyə münasibətlərin normallaşmasına dair razılaşma əldə edib. Bu barədə iyunun 26-da xəbər agentlikləri məlumat yayıb. Məlumata görə, baş nazir Benjamin Netanyahuyla Romada səfərdə olan rəsmi deyib ki, əlaqələrin bərpası üzrə razılaşmanın detalları ertəsi gün açıqlanacaq.

Reuters, AP və Frans Pres agentlikləri rəsminin adının çəkilməsini istəmədiyini yazır.

İki ölkənin əlaqələri altı ildir pozulub. 2010-cu ildə Qəzzaya yardım aparan gəmiyə İsrail hərbçiləri hücum edib, 10 türkiyəli fəal öldürülüb. Bundan sonra münasibətlər pisləşib, Türkiyə səfirini geri çağırıb, İsraillə iqtisadi və müdafiə əlaqələrinin həcmini azaldıb.

İsrail rəsmisinin sözlərincə, razılaşmada həmin insidentə öldürülənlərin ailələrinə İsrailin 20 milyon dollar ödəməsi nəzərdə tutulur. Bundan sonra Türkiyə İsrailə həmin basqına görə iddiaları kəsəcək və hər iki ölkədə səfirlər fəaliyyətə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG