Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:50

İran “diz çökmüş ABŞ əsgərlərinə” heykəl qoyacaq


ABŞ dənizçilərinin həbsi
ABŞ dənizçilərinin həbsi

İran İnqilab Keşikçilərinin ötən yanvar ayında həbs edilmiş ABŞ dəniz piyadalarına “heykəl qoymaq” planı Vaşiqntonu qəzəbləndirə bilər

Ötən yanvarda İran İnqilab Keşikçiləri ABŞ dəniz piyadalarının katerini İranın ərazi sularında tutmuş və 10 hərbçini qısa müddətə həbs etmişdilər.

Qərb mətbuatı İran xəbər agentliklərinə istinadən yazır ki, inqilab keçikçilərinin bu planı prezident Barack Obama-nın İranla yaxılnlaşmaya yönəlmiş siyasətinin və Tehranla nüvə sazişi imzalanmasının əleyhinə olan mühafizəkar respublikaçıların qəzəbinə səbəb ola bilər.

Ayətullahların turizmi

İnqilab Keşikçiləri dəniz korpusunun komandanı Ali Fadavi deyib ki, amerikalıların həbsə tabe olduqları səhnəni əbədiləşdirəcək bu abidə “turist məkanı” kimi nəzərdə tutulur.

Fadavi İranın hərbi xəbər agentliyinə deyib ki, abidənin hazırlanmasında Fars körfəzində ABŞ dəniz piyadalarının həbsini əks etdirən çoxsaylı fotoşəkillərdən istifadə olunacaq.

Bu cavan uşaqlar kürəklərinə dirənmiş avtomatlarla yalvarış pozasında - diz üstdə saxlanıblar. İndi isə bizə deyirlər ki, bu OK-dir! Yox, bu OK deyil. Bu hörmətsizlikdir

10 dəniz piyadasının ötən yanvarda həbs edilməsi Tehran sərt xətti-hərəkət tərəfdarlarının sevincinə səbəb olmuş və onlar tərəfindən İranın Amerika üzərində növbəti qələbəsi kimi qələmə verilmişdi.

Onlar üçün bu, onun sübutu idi ki, İran Birləşmiş Ştatlarla düşmən olaraq qalır.

O vaxt İranın ali rəhbəri ayətullah Ali Khamenei demişdi ki, dənizçilərin həbs edilməsi “Allahın hökmüdür”. Ali rəhbər bu əməliyyatda iştirak etmiş iranlıları orden və medallarla təltif etmişdi.

Sözü gedən həbs fotoları ABŞ dəniz piyadalarının avtomat silahlar altında diz çökdürülməsini, əllərini boyunlarında çarpazlaşdırmasını və onların kameralar qarşısına çıxarılmasını əks etdirir.

“Yox, bu OK deyil!”

Bu hadisə baş verən kimi ABŞ dövlət katibi John Kerry iranlı həmkarlı Javad Zarif-ə zəng etmiş və dənizçilər demək olar, dərhal azad olunmuşdular.

Bu hadisə İran üzərindən beynəlxalq sanksiyaların qaldırılması ərəfəsində baş vermişdi və o vaxt Obama administrasiyası münasibətləri gərginləşdirmək istəməmişdi.

Dənizçilər dövlət katibi Kerry-nin iranlı həmkarına zəngindən sonra azad olunmuşdular
Dənizçilər dövlət katibi Kerry-nin iranlı həmkarına zəngindən sonra azad olunmuşdular

Lakin Donald Trump da daxil respublikaçılar prezident Barack Obama-nı İran təcavüzünün qarşısında acızlık nümayiş etdirməkdə ittiham etmişdilər.

“Bu cavan uşaqlar kürəklərinə dirənmiş avtomatlarla yalvarış pozasında - diz üstdə saxlanıblar. İndi isə bizə deyirlər ki, bu OK-dir! Yox, bu OK deyil. Bu hörmətsizlikdir” – demişdi Trump.

Qərb mediası yazır ki, Tehranla aparıcı güclər arasında son dərəcə əhəmiyyətli nüvə sazişinin uğurla imzalanması və bu yaxınlarda keçirilmiş seçkilərdə prezident Hassan Rouhani-nin mötədil tərəfdarlarının böyük uğuru mühafizəkarları pərt edib və buna görə də onlar ölkədəki ab-havanın mülayimləşməsinə mane olan hərəkətlərə gedirlər.

Dövlət içində dövlət

Təhlilçilər bildirirlər ki, belə bir abidənin tikilməsi ölkədə hələ də söz sahibi olduğunu göstərmək istəyən inqilab keşikçilərinin növbəti xof yaratmaq cəhdidir.

İnqilab keşikçisi raketi yoxlayır
İnqilab keşikçisi raketi yoxlayır

Bu ayın əvvəllərində İnqilab Keşikçiləri Korpusunun buraxdığı iki ballistik raketin üstündə ivritcə “İsrail yer üzündən silinməlidir” yazılmışdı.

Bu raketlərin buraxıldığı vaxt ABŞ-ın vise-prezidenti Joe Biden İsraildə səfərdə idi.

İrandan alınan xəbərlərə görə, abidə Fars körfəzindəki kiçik Xərq adasında tikilməlidir. ABŞ dəniz piyadaları məhz bu ərazidə həbs edilmişdilər.

Bu da xəbər verilir ki, abidə İran-İraq müharibəsinin tarixi məkanlarından keçərək Reyhane Nura gedən yarıprotokol səfərlərin marşrutuna daxil ediləcək.

Qərb mediası yazır ki, Fadavi İnqilab Keşikçiləri Korpusunun “öz donanmasına” komandanlıq edir.

İranın hərbi dəniz donanması tamamilə ayrı təşkilatdır. Keşikçilər prezidentə yox, birbaşa ali rəhbərə tabedirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG