Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:20

İran ABŞ-ın on dənizçisini saxlayıb


Riverine tipli patrul katerləri
Riverine tipli patrul katerləri

İran Fars körfəzində ABŞ-ın 10 dənizçisini və onların katerlərini saxlayıb

ABŞ rəsmilərinin verdiyi məlumata görə İran Fars körfəzində ABŞ-ın 10 dənizçisini və onlara məxsus iki kiçik gəmini saxlayıb.

ABŞ rəsmisinin BBC-yə verdiyi məlumata görə Küveytdən Bəhreynə gedən gəmilərlə radio əlaqəsi kəsilib.

Həmin rəsminin sözlərinə görə, Tehran hadisə barədə ABŞ-a məlumat verib və bildirib ki, “dənizçilər tezliklə səfərə davam etdirə biləcəklər”.

Fars körfəzi
Fars körfəzi

Bu hadisə gəmilərdən birində nasazlıq baş verdikdən az sonra Farsi adasının yaxlınlığında baş verib.

İnsidentlə əlaqədar ABŞ dövlət katibi John Kerry-nin təcili qaydada İranın xarici işlər naziri Javad Zarif-lə danışıqlara başladığı xəbər verilib.

Adının çəkilməsini istəməyən rəsmi AFP agentliyinə bildirib ki, Kerry və Zarif bu məsələni şəxsən telefonda müzakirə ediblər.

Media Kerry və Zarif arasında üç il davam edən nüvə danışıqları əsnasında yaxşı münasibətlərin yarandığını xatırladır.

Bir ABŞ rəsmisinin Reuters-ə verdiyi məlumata görə dənizçilərin dərhal azad edilməsi gözlənilmir.

Doqquz kişi, bir qadın

İranın yarımrəsmi FARS agentliyi xəbər verib ki, “doqquz kişi və bir qadından ibarət gəmi heyəti İranın ərazi sularını pozduğuna görə İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıb.

Agentlik “gəmilərin İran sularında kəşfiyyat apardıqlarını” bildirir.

Mühafizəkar Təsnim agentliyi bildirib ki, gəmilər pulemyotlarla silahlıdır. Britaniya mediasının xəbərlərinə görə söhbət keşikçi Riverine katerlərindən gedir.

Agentliyin yaydığı xəbərdə deyilir ki, “ABŞ intensiv şəkildə saxlananların azad edilməsinə çağırır”.

Müxbirlər bildirirlər ki, ötən yay İranla Qərb arasında əldə olunmuş nüvə sazişinə baxmayaraq Tehran və Vaşinnqton arasında münasibətlər gərgin olaraq qalır.

Ötən dekabr ayında İranın hərbi dəniz donanması Hörmüz boğazında ABŞ hərbi gəmilərinin çox yaxınlığında raket sınaqları keçirib.

O vaxt ABŞ hərbiyyəsi İranın bu hərəkətini “son dərəcə riskli təxribat” adlandırmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG