Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:55

11 ildir həbsdə olan Əli İnsanov barədə yeni həbs qərarı verildi


Əli insanov, 17yan2014
Əli insanov, 17yan2014

11 ildir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb.

Keçmiş nazirin vəkili Toğrul Babayev AzadlıqRadiosu-na bildirib ki, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib.

"Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin başa çatmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır", – Əli İnsanov barəsindəki yeni həbs qərarına belə münasibət bildirib.

Buna da bax:​ Əli İnsanov həbsxanaya qanunsuz maddələri necə 'keçirib'?

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qərarda göstərilir ki, Ə.İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG