Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

Əli İnsanov həbsxanaya qanunsuz maddələri necə 'keçirib'?


Əli İnsanov
Əli İnsanov

►Penitensiar xidmət açıqlama vermir. Mütəxəssis və məhbuslar həbsxanaya özbaşına nəsə keçirilməsini mümkünsüz sayırlar

“Həmin dərmanlar həbsxanaya havadan düşməyib ki. Söz yox ki, giriş qapısından keçirilib. Başqa yol yoxdu”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin keçmiş rəhbəri Məmməd Zeynalov belə deyir. Həbsdəki sabiq nazir Əli İnsanovun cəzaçəkmə müəssisəsində narkotik vasitə və ya psixotrop maddə əldə etmə və saxlamaqda ittiham olunmasına münasibət bildiriərkən deyib.

O, cəzaçəkmə müəssisəsinə bu cür maddələrin nəzarətsiz keçirilməsini mümkünsüz sayır.

Məmməd Zeynalov deyir:

Məmməd Zeynalov: Ya həbsxana işçiləri keçirib, ya da... (Əli İnsanova qarşı ittiham haqda)
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
Direct-ə keçid

“Keçibsə, müəssisənin işçiləri keçirib, ya da məhbusun qohum-əqrəbası görüşə gələndə keçirib. Amma onlar da yoxlanır. Ağlabatan məsələ deyil ki, o maddə, ya dərman ora elə-belə keçirilsin. İkincisi də, bütün cəzaçəkmə müəssisələrində əməliyyat hissəsi var, orda qadağan olunmuş əşyanın keçirilməsi haqda bir dəfə məlumat olmaya bilər, sonrasında xəbər tuturlar. Onların xəbəri olmadan nəsə keçirilməsi mümkün deyil”.

Buna da bax: Əli İnsanov bəyanat verdi

“GÜNDƏLİK DOZA VERİLİR ”

Penitensiar Xidmətin keçmiş rəhbərinin sözlərinə görə, dustaq üçün gətirilən bütün dərman preparatları cəzaçəkmə müəssisəsinə yoxlanıldıqdan sonra buraxılır. Yox, əgər məhbus tibb mütəxəssisinin resepti əsasında narkotik tərkibli dərman qəbul etməlidirsə, bu zaman onu həkim nəzarəti alır.

Müsavat başqanının müavini, keçmiş məhbus Yadigar Sadıqov həmin proseduru bir qədər detallı izah edir. Onun sözlərinə görə, həmin dərmanlar tibbi hissədə saxlanır və gündəlik doza həkim nəzarəti altında qəbul edilir. İstirahət günlərindəsə həmin dozada dərman növbətçi hissəyə verilir.

MƏHBUS ANASI: “DƏRMANI QAPIDAN GÖTÜRÜRDÜLƏR”

Xuliqanlıqda ittiham edilərək 8 il azadlıqdan məhrum olunan NİDA-çı gənc İlkin Rüstəmzadə Əli İnsanovla eyni cəzaçəkmə müəssisəsindədir.

İlkinin anası Atlas Rüstəmzadə keçmiş nazirin oğluna bir-iki dəfə dərman yazdığını bildirir:

İlkin Rüstəmzadənin anası: Drəmanı qapıda götürürlər
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00
Direct-ə keçid

“Prostatla, mədə-bağırsaq sistemi ilə bağlı problem yaranmışdı, alıb aparmışıq. Demişdi, “Əli müəllim verib dərmanın adını”. Aptekdən almışam, adi dərmanlardır. Orda həmişə dərmanı qapıdan götürürdülər, həkim yoxlayırdı, sonra İlkinə verirdilər”.

Bunlara da baxın:

PENİTENSİAR XİDMƏT: “AÇIQLAMA VERƏ BİLMƏRƏM”

Bu yerdə sual yaranır. Həbsxanaya istənilən dərman preparatı nəzarət altında buraxılırsa, məhbus Əli İnsanov cəzaçəkmə müəssisəsinə bu preparatları və ya narkotik vasitəni, psixotrop maddəni necə keçirib?

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna deyir ki, bu haqda hər hansı açıqlama verə bilməz, çünki təfsilatı bilmir.

2005-ci ilin oktyabrında həbs olunan Əli İnsanov 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxaraq, ona münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu təsdiqləyib.

Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Ə.İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılmağa Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu instansiya bir daha Ə.İnsanov barədə hökmü qüvvədə saxlayıb. Keçmiş nazirin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin bu qərarından 2015-ci ilin mayında Ali Məhkəməyə şikayət vermişdi.

Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatmalı idi. Ancaq avqustun 23-də ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Keçmiş nazir ittihamları qəbul etmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG