Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

İlahiyyatçı azadlığa çıxdı


Ceyhun Cəfərov
Ceyhun Cəfərov

Səbail Rayon Məhkəməsi sentyabrın 30-da dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun azadlığa buraxılmasına qərar verib.

Bu haqda onun vəkili Cavad Cavadov bildirib.

Buna da bax: Vəkil C.Cavadov baş prokurora müraciət etdi

Vəkilin deməsinə görə, Dövlət Təhlükəsizliyi Xidməti ilahiyyatçı barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

“Məhkəmə təqdimatı təmin etdi. C.Cəfərov məhkəmə zalından sərbəst buraxıldı”, - deyən vəkil ilahiyyatçının məhkəmə qərarı ilə polis nəzarəti altına verildiyini söyləyib.

İlhahyyatçı 1 il yeddi ay idi ki, həbsdə idi.

C.Cavadov təqdimata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə, işin istintaqını aparan müstəntiqlərə minnətdarlıq edib.

Buna da bax: Hakimiyyətin siyasətində yüksələn islam xətti

C.Cəfərov 2015-ci ilin martında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinə çağırılmış, dindirilmədən sonra saxlanmışdı. Ardınca barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Onu Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edirdilər. Vəkilləri ittihamların əsassız olması barədə baş prokurora müraciət də göndərmişdilər.

C.Cəfərovun tanınmış ilahiyyatçılardandır. O “Təkamül” tərcümə mərkəzinin, bir neçə saytın qurucusudur.

O, bütün islam dünyasında böyük uğur və rəğbət qazanan “Həzrəti Yusif” filminin Azərbaycan dilinə dublyajında iştirak edib.

C.Cəfərov 2008-ci ildə Bakı İslam Universitetini (BİU) bitirib. Tələbə olduğu vaxtlarda həmin universitetdə “İslam əxlaqı” mövzusunda tədrislə məşğul olub. Azərbaycan dilindən başqa, rus, ərəb, fars dillərini bilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG