Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:02

-

Vəkil Cavad Cavadov hüquqlarını müdafiə etdiyi ilahiyyatçı Ceyhun Cəfərovun həbsinin əsassız olması ilə bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. O, bununla bağlı öz Facebook səhifəsində xəbər paylaşıb:

«Hüquqlarını müdafiə etdiyim, tanınmış ilahiyyatçılardan olan C.Cəfərov bir ildən çoxdur ki, həbsdədir. Ona heç bir əsası olmadan, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb. İttihamı təsdiq edəcək heç bir sübut yoxdur».

Həmin maddədə söhbət dövlətə xəyanətdən gedir.
C.Cəfərovun rəhbərliyi ilə «Təkamül» tərcümə mərkəzi yaradılıb.
O, bütün islam dünyasında böyük uğur və rəğbət qazanan «Həzrəti Yusif» filminin Azərbaycan dilinə dublyajında iştirak edib. C.Cəfərov həmçinin, bir sıra dini saytların yaradıcısı idi.

C.Cəfərov 2008-ci ildə Bakı İslam Universitetini (BİU) bitirib.
Tələbə olduğu vaxtlarda həmin universitetdə «İslam əxlaqı» mövzusunda tədrislə məşğul olub. Azərbaycan dilindən başqa, rus, ərəb, fars dillərini bilir.

2015-ci il martın 5-də C.Cəfərova keçmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) zəng olunaraq martın 10-da nazirliyin istintaq idarəsinə gəlməsi tələb olunur. Tələb olunan vaxt C.Cəfərov nazirliyə gəlir, dindirilmədən sonra saxlanılır. İki gün sonra barəsində həbs-qətimkan tədbiri seçilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG