Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:26

Hillary Clintonun məktubları ona niyə başağrısıdır?


Hillary Clinton
Hillary Clinton

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkisində Demokrat Partiyasının namizədi olan keçmiş Dövlət Katibi Hillary Clintonun e-mailləri getdikcə ona daha çox başağrısı verir. Söhbət Clintonun Dövlət Katibi olarkən – 2009-2013-cü illərdə elektron məktubları dövlətin xüsusi təhlükəsizlik sistemləri ilə qorunan ünvandan deyil, şəxsi e-maildən - hdr22@clintonemail.com -ünvanından yazmasından gedir.

Bu, Clintonun Respublikaçılar partiyasından olan rəqibi Donald Trump-ın xanım namizədə qarşı hər fürsətdə istifadə etdiyi arqumentdir. Onun tələbləri ilə ABŞ-ın Federal Təhqiqatlar Bürosu Hillary Clintonu dindirib, bu şəxsi e-mail-dən göndərilən məktubların araşdırılması üçün Respublikaçı konqresmenlər xüsusi araşdırmaya başlayıblar.

Xanım Clintoun öz e-mailindən istifadə etməsində pis nə var ki?

Əslində, bunun yolverilməz olduğunu Hillary Clintonun özü də qəbul edib, buna görə təəssüfləndiyini deyib. Dindirmədə bildirib ki, sadəcə şəxsi e-mailini istifadəyə alışdığı üçün Dövlət Katibi olandan da ondan faydalanıb. Həm də əlavə edib ki, ondan əvvəlki Dövlət Katiblərindən də şəxsi e-maildən istifadə edənlər olub.

Amma bunlar onun rəqiblərini sakitləşdirmir. Onlar israrla araşdırmağa çalışırlar ki, Clintonun Nyu-York-dakı evində yerləşdirilmiş kompyuter serveri vasitəsilə göndələn və qəbul edilən məktublarda dövlət sirləri var idimi? Məktubları araşdıran komissiya artıq bəzi belə sirr kimi qorunmalı məlumata rast gəldiyini bildirir.

Araşdırmanı başa çatdıran müstəntiqləri elan edib ki, Hillary Clintona qarşı cinayət işi qaldırılması üçün əsas yoxdur.

Amma üzə çıxan bəzi detallar Hillary Clinton-a tənqidləri daha da kəskinləşdirir.

Məsələn, “Hüquqi Nəzarət” (Judicial Watch) təşkilatı Hillary Clintonun və keçmiş əməkdaşlarının ictimaiyyətə açıqlanan yazışmaları arasında tapdığı bir məktubun təhqiq olunmasını istəyir. Hillary Clintonun əri Bill Clintonun prezidentlikdən getdikdən sonra təsis etdiyi Clinton Fondunun əməkdaşları arasındakı yazışmada Behreyn taxt-tacının varisi Vaşinqtonda olarkən onun o zaman dövlət katibi postunu tutan Hillary Clintonla görüşməsinin vacibliyindən danışılıb. Hillary Clintonun tənqidçiləri bunu dövlət katibi üçün qeyri-etik davranış adlandırırlar.

İqlim dəyişikliyi və inkişaf etməkdə olan ölkələrdə qadın hüquqları ilə məşğul olan Clinton Fondunun layihələri milyonlarla dollarla ölçülür. Respublikaçıların prezidentliyə namizədi Donald Trump çıxışlarının birində bu məsələyə işarə edərək deyib ki, federal prokurorluq Fond donorlarının Dövlət Departamenti hesabına xüsusi müalicə alıb-almadığını araşdırmalıdır.

Clintonun “şəxsi email” qalmaqalı rəqibinin ona yönəlik tənqdilərinin ana xəttini təkil etsə də, sorğular amerikalıların artıq bu məsələyə ciddi diqqət yetirmədiklərini göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG