Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 22:35

Demokratlar Partiyası email qalmaqalına cavab verir


Hillary Clinton (sağda) və Bernie Sanders, arxiv fotosu

Hillary Clinton (sağda) və Bernie Sanders, arxiv fotosu

-

İyulun 25-də ABŞ-ın Filadelfiya ştatında Demokratlar Partiyasının dörd günlük qurultayı başlanır. Bu ərəfədə partiya cəmiyyətə sızdırılmış elektron məktublara cavab verməklə məşğuldur..

Demokratlar Partiyasından prezidentliyə namizəd olacaq Hillary Clinton-un kampaniya meneceri emaillərin sızdırılmasında “Rusiya dövləti”nin roluna inandığını bildirib. Robby Mook iyulun 24-də CNN televiziyasına deyib ki, bu emaillərin partiyanın qurultayı ərəfəsində sızdırılmasının təsadüfi olmadığını düşünür və məqsəd də Clinton-un rəqibi Donald Trump-a yardım etməkdir. Çünki Trump seçiləcəyi halda, Moskvayla münasibətləri düzəldəcəyini deyib.

Wikileaks saytının yaydığı 19 min email göstərib ki, Demokratik Milli Komitəsi (DNC) əməkdaşları praymriz seçkilərində Clinton-u rəqibi Bernie Sanders-dən daha çox dəstəkləyiblər. Bu da partiyanın proqressiv fraksiyalarını qəzəbləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG